Xumsun hesablanması İslam təqvimi ilə olması şərtdirmi? | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Xumsun hesablanması İslam təqvimi ilə olması şərtdirmi?

Bu əməl müsəlmanların sağlamlığına və rifahına xidmət edir.

İslaminSesi.info – Xüms İslam dinin əməl qisminin (firud-din) vacib hökmlərindəndir. Hər bir müsəlman əldə etiyi illik gəlirin artıq qalanının xumsunu (beşdə birini) verməlidir. Xums dini bir öhtəlikdir. Bu Allahın vacib buyurduğu hökmlərdəndir:

“Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır).” (Ənfal-41)

Ayədən də göründüyü kimi xums mənəvi, ictimai və iqdisadi təsirlərlə dolu olan əməldir. Bu əməl müsəlmanların sağlamlığına və rifahına xidmət edir.

 

Xums üçün ilə ərzində bir gün təyin edilməlidir. İnsan il ərzində bütün ehtiyaclarını ödədikdən sonra əlində qalan qazancının beşdə birini dinin etibarlı və səlahiyyətli nümayəndələrinə verməlidir.

İl ərzində təyin olunan həmin günün İslami təqvimlə (hicri), yaxud miladi ilə olması barədə redaksiyamıza suallar ünvanlanır.

Bu barədə Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına sual ünvanlanıb.

Cavab: Mükəlləf hicri və ya şəmsi təqvimini seçməkdə ixtiyar sahibidir. Lakin bir şeyi bilməlidir ki, ümumiyyətlə xüms ilinin təyini ixtiyari deyil, vacib bir əməldir. Bu hesablama ilk qazancın əldə edilməsi ilə başlayır.

Bənzər Olanlar