Paylaş
Facebook Twitter Google+

Haradan bilirik ki, qəbir əzabı var?

Ramal Əmiraslanov

2020-01-28 08:48:50 997 Üsuliddin Məad

Bəziləri belə sual verir ki, sağ olan insanlardan hansısa qəbir əzabını çəkmişdir ki, onun olacağından xəbər verir?

Bu sualn cavabında gərək deyək ki, əvvəla, axı oradan qayıdıb bunun əksini də deyən olmayıb. Əgər bir yerin insan üçün təhlükəli olmasını xəbər verirlərsə, məgər onun vəzifəsi özünü qorumaq deyilmi?

Əgər bir yerə gedərkən müəyyən azuqəni götürmək tövsiyə edilirsə, ağıllı insan ehtiyatını tutmamalıdırmı?

Odur ki, Uca Allahın qəbir əzabı barədə xəbərdarlıqlarını, hər bir düşünən insan gərək çox ciddi qəbul etsin.

 

Nəzərə alaq ki, qəbir əzabının olacağını Məsumlar (ə) bizə xəbər veriblər. Onların verdiyi xəbərlər isə ya vəhy yolu ilə olur, ya da ilham yolu ilə. Ona görə də Məsumlar (ə) nə deyirsə – hüccətdir və Allah tərəfindəndir. Bu mövzularda şəkk etmək – məntiqsizlikdir.

 

Qurani-Kərimdə oxuyuruq: “O, (Qur’anın və İlahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir”. (“Nəcm” 3-4).

Ona görə də Həzrət Peyğəmbərin (s), Həzrət Zəhranın (s.ə) və 12 İmamın (ə) söylədiklərinin hamısı hüccətdir və Allah tərəfindən bəyan edilmişdir. Məsumlar (ə) – bərzəx aləmindən xəbərdar olan insanlardır. Ona görə də onların qəbir əzabı barəsində buyurduqları – ən dəqiq məlumatdır.

 

İnsan ancaq bu dünya üçün xəlq olunmamışdır. O misal aləmindən dünyaya daxil olar və sonra bərzəxə gedər. Nəhayət, Qiyamət günü əbədi məkanını tapar və orada sakin olar.

İnsan o zaman ki, ana bətnində olan – üzər və mayenin içində olar. Elə ki, dünyaya qədəm basar, ayaqları ilə hərəkət edər və bədəni ilə işlərini görər. Ona görə də deyə bilərik ki, hər bir aləmdə insan dəyişik hallar keçirər və tanımadığı aləmə daxil olar. O aləmə ki, əvvəlki aləmdən çox fərqlənir. Ona görə də insan istər ana bətnində olsun, istərsə də can verən zaman – yeni aləmə daxil olmaq onu qorxudar.

 

Hər kim Məsumların (ə) buyurduqlarına diqqət edər – yaxşı bilər ki, bir aləmdən başqa aləmə keçən zaman başına nələr gələ bilər. Ona görə də özünü əvvəldən bu imtahanlar üçün hazırlayar və başqalarından fərqli olaraq, qorxusu az olar.

Yaxşı bilər ki, bu dünya sadəcə körpüdür və o da müsafirdir. Əbədi həyat onu qarşıda gözləyir. Bu aləmə gəlməkdəki hədəfi – axirəti üçün azuqə toplamaqdır. Əgər əliboş gedərsə, onu heç də yaxşı şeylər gözləməz.

 

Ona görə də hələ ki, fürsət var – insan çalışmalıdır ki, axirəti üçün bacardığı qədər çox saleh əməl göndərsin və aqibətinin xeyirli olması üçün zəminələr hazırlasın. (Həvzəh)

Beləliklə, deyə bilərik ki, qəbir əzabı – o həqiqətlərdəndir ki, Məsumlarımız (ə) onun haqqında bizə məlumat verib, bizi həmin ağır günə hazırlamış olarlar./Deyerler.

Bənzər Olanlar