Paylaş
Facebook Twitter Google+

Qurani Kərimin bir neçə ayəsində “Allahın məkri” deyildikdə, nə başa düşülür?

Ramal Əmiraslanov

2020-01-28 09:00:08 930 Məqalələr

Ərəb dilində “məkr” sözünün mənası “çarə düşünmək”dir. Ona görə də məkr həm xeyir ola bilir, həm də şər.

 

“Və onlar (Bəni-İsrail kafirləri İsanı (ə) öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin (məkrlərinin) cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsanın (ə) qətl planını cızanı onun, yəni Həzrət İsanın (ə) surətinə saldı və dostları İsanın (ə) əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın (ə) dininə rəvac verdi)”. (“Ali-İmran” 54).

 

“(Bu, onların) Yer üzündə təkəbbür göstərmələri, məkr və hiylələri ucbatından idi. Pis əməl, məkr (hiylə) yalnız öz əhlini bürüyər. Məgər onlar keçmişdəkilər (barədə İlahi) sünnədən (qanundan) başqa bir şeymi gözləyirlər (ki, qəfil bir əzabla kökləri kəsilsin)? (Ya Peyğəmbər!) Sən Allahın sünnəsində (qoyduğu qayda-qanunda) heç bir dəyişiklik tapmazsan”. (“Fatir” 43).

 

O zaman ki, məkr sözü Uca Allaha nisbət verilir, şeytanın (lən) vəsvəsələri qarşısında çarə düşünmək mənasını verər. O zaman ki, Həzrət Salehi (ə) qətl etmək istəyirlər, Allah onların bu məkrinin üstünü açır və buyurur: “Və onlar böyük bir məkr işlətdilər. Biz isə özləri də bilmədən böyük məkr işlətdik (tədbir tökdük)”. (“Nəml” 50).

 

İmam Rzaya (ə) Allahın məkri ilə bağlı sual verirlər və Həzrət (ə) buyurur: “Allah Təala nə istehza edər, nə məkr işlədər. O, istehza ilə məkrin cəzasını verər”.

 

Ona görə də deyə bilərik ki, məxsusi çevrə insanlar vardır ki, Allahın məkri onlara şamil olar. Onlar o kəslərdir ki, hiylə və məkr işlədərlər və insanları aldadarlar. Allah da onların bu məkrinin üstünü açar və onları ifşa edər. Əslində həmin şəxs özünü aldatmış olur. Çünki Allahı heç kəs aldada bilməz. Bəndə nə pis əməl görürsə, ancaq öz ziyanına görmüş olar.

 

Böyük din alimləri Allahın əməllərini bəzən Günəşə bənzədirlər ki, hamıya eyni miqdarda istilik verər. Ancaq əgər cisim bu günəş şüasına mane olarsa, kölgə əmələ gələr. İnsan sağa və sola çönsə də, kölgəsi da o cür olar.

 

İnsanın eqosu da o cürdür. Əslində insanın cismi qaranlıqdır və Allah nuru sayəsində aydınlanar. Əgər bu cismin qarşısını eqosu tutarsa, cismi nurlandırmağa qoymaz və onu qaranlıqda saxlayar. Ancaq əgər bu eqo olmasaydı, Allah nuru onu hidayət edər və aydınladardı. Hətta şeytanın (lən) da o cür insanlarla işi olmazdı. (Həvzəh)

 

Hər nə qədər münafiq insan öz məkrinə davam edərsə, İlahi cəza da o qədər böyük olacaqdır. Əslində bu cəzanı insan özü yaratmışdır. Necə ki, Günəş şüasının qarşısını kəsən cisim kimi. Əgər Günəş olmasaydı, nə nur olardı, nə də zülmət. Mütləq bir qaranlıq olardı./Deyerler.

Bənzər Olanlar