Paylaş
Facebook Twitter Google+

Hansı nəzir bizləri hacətimizə tez çatdırar?

Ramal Əmiraslanov

2020-01-28 09:03:41 972 Məqalələr

Nəzir o əməldir ki, insan özünə vacib edər ki, Allah üçün müəyyən xeyir iş görsün.

Bəs hansı nəzir daha təsirlidir?

 

Məsumlardan (ə) gələn hədislərdə oxuyuruq ki, o nəzirlər hacətimizin tez yerinə yetməsinə səbəb olur ki, İmamlar (ə) üçün edilən nəzirlərdir.

Misal üçün insan nəzir edə bilər ki, filan hacəti yerinə yetərsə, bir Quran xətm edəcək və savabını Məsumlardan (ə) birinə göndərəcəkdir. Ya nəzir edər ki, 40 gün Aşura ziyarətini oxuyacaq və savabını İmam Zaman ağanın (ə.f) əziz anası Nərciz xatuna (s.ə) hədiyyə edəcəkdir.

 

Nəzir öz-özlüyündə xeyir əməl olmaqla yanaşı, insan taleyini dəyişdirmək qabiliyyətinə malikdir. Bu, duanın və təvəssülün bir növü hesab olunur. Ona görə də insan taleyini dəyişdirə bilir.

Yuxarıda qeyd etdiyimiz kimi Məsumlara (ə) təvəssül edib, nəzir etməyin çox böyük təsirləri vardır.

 

Nəzirin öz ədəb qaydaları vardır ki, əgər ona riayət olunmazsa, nəzir sayılmaz. Belə ki, nəzir edən şəxs onu dillə iqrar etməlidir və dilində deyərək Allahla əhd bağlamalıdır. Misal üçün, deməlidir ki, əgər bu xəstəlikdən şəfa tapsam, 5 gün oruc tutacağam. Belə nəzir – doğru nəzirdir. Çünki ədəb qaydalarına riayət olunmuşdur.

Nəzirin başqa şərti budur ki, onu edən şəxs aqil və həddi-büluğa çatan insan olmalıdır. O, öz iradəsi ilə nəzir etməlidir və heç kəs onu məcbur etməz.

Hər kim əsəbi olduğu üçün nəzir edərsə, belə nəzir batil olar. İnsan elə şeyi nəzir etməlidir ki, onu yerinə yetirməyə gücü çatsın. Yəni, qüdrəti çatmayan əməlləri nəzir etmək caiz deyildir. (Beytutə)

 

Beləliklə deyə bilərik ki, əgər hacətimizin tez yerinə yetməsini istəyiriksə, Məsumlara (ə) təvəssül edib nəzir etməliyik. Misal üçün, deməliyik ki, əgər Allah mənim filan hacətimi yerinə yetirərsə bir həftə ərzində hər gün Aşura ziyarəti oxuyacaq və savabını Xanım Zəhraya (s.ə) hədiyyə edəcəyik. Yaxud, filan hacətim yerinə yetirilərsə, Allah üçün 2 rükət namaz qılacağam. Yaxud, məscidi və ya namazxananı süpürəcəyəm (əlbəttə, əgər icazə versələr). Yaxud, Aşura günü bir qazan şərbət hazırlayıb, yoldan keçənlərə paylayacağam. Yaxud, 1 nəfər mömini Məşhəd ziyarətinə göndərəcəyəm. Yaxud, mövlud münasibətilə yetimxanaya 100 ədəd şirniyyat aparacağam. Yaxud, qonşuluqda olan kasıb ailəyə 1 həftə ərzində hər gün 3 çörək alıb, ehsan edəcəyəm və s.

Belə bir nəzirlər, əgər şərtlərinə əməl olunan halda yerinə yetirilərsə, tez bir zamanda bizi hacətimizə çatdırar./Deyerler.

Bənzər Olanlar