Paylaş
Facebook Twitter Google+

Allah insana “Öz ruhundan üfürdü” nə deməkdir?

Ramal Əmiraslanov

2020-02-02 08:52:28 1158 Şübhələr

Müqəddəs Kitabda gələn “ruhun üfürülməsi” ibarəsində nə nəzərdə tutulur?

“Nəfəx” sözü “nəyəsə üfürmək” deməkdir. Bu söz Quranda 7 dəfə işlənmişdir ki, onun altısında Qiyamət gününə işarə edir.

 

Sadəcə bu ayədə ruha aid edilir: “Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü; sizin üçün (insanlar üçün hiss edilənləri dərk etmə vasitəsi olan) qulaq və göz və (ağılla qavranılanları dərk etmə vasitəsi olan) ürək verdi, halbuki, çox az şükür edirsiniz”. (“Səcdə” 9).

Bu ayə körpənin ana bətnində olan zamanına işarə edir. Körpə ana bətnində bitki kimi yaşayır, ancaq onda insanlıqdan bir əlamət olmur.

Allah ona ruhu üfürəndən sonra, insan kimi hiss və dərk qüvvələrinə malik olmağa başlayır.

Allah insana üfürdüyü ruhu Özünə nisbət verir. Bu da onu göstərir ki, insanın ruhu İlahi ruhdur və insanın uca məqamından xəbər verir.

 

Quranın bəzi ayələrində ruhun üfürülməsi Həzrət Adəmə (ə) işarə edir. «Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!». (“Hicr” 29).

 

Beləliklə, “ruhun üfürülməsi”, yəni “nəfəx” deyildikdə, insanın ana bətnində artıq ruha malik olmasına işarə edir. Yəni, insan əvvəl bitki kimi olur, elə ki, ruhuna qovuşur, insan halını alır və onun kimi hiss və dərk qüvvələrinə malik olur.

Həzrət Adəm (ə) ilk insan olduğu üçün, Allah ilk olaraq ruhu ona üfürmüşdür. O, da canlanıb, insan halını almışdır.

 

Qiyamət günü ruhun üfürülməsi deyildikdə isə ölülərin yenidən dirilməsi nəzərdə tutulur. Yəni, bütün insanlar Qiyamətin ilk suru ilə öləcək və ikinci sur çalınan zaman ruhları onlara üfürülərək, diriləcəklər./Deyerler.

Bənzər Olanlar