Paylaş
Facebook Twitter Google+

Həzrət Peyğəmbərimizin (s) 17 hədisinin cəmləşdiyi gözəl bir şer.

Yusif Əliyev

2015-01-08 19:43:56 4082 Ədəbiyyat
Dəyərli ağsaqqalımız Hacıı Akif Tağızadənin Həzrət Peyğəmbərimizin (s) 17 hədisinin cəmləşdiyi gözəl bir şeri. 

İstəsəz bir olsun ürəkləriniz
Yaşayın hamınız bir səviyyədə.
Mehriban olmaqçun bir birinizə
Olun birbirinizlə hey əlaqədə.
*************************
Varla razı salmaq olmaz hamını
Yaxşı əxlaq ilə mümkündü vəli.
Üzü gülərlilik silər ürəkdən
Nifrəti, qəzəbi, kin küdurəti.
*************************
İnadlı olmaqdan çəkinin,çünkü
Onun səbəbilə nadanlıq olar.
Nadanlıq baş versə çün nəticəsi
Daima hər yerdə peşmanlıq olar.
**************************
Birinin ağlını sınamayınca
Müsəlman olsada məhəl qoymayın.
Ağılla çatılar yaxşılıqlara
Ağılsız dinidən boş olar sanın.
****************************
Biliyi öyrənmək hər müsəlmana
Vacibdir söyləyib Peyğəmbərimiz.
Çində olsa belə axtarın onu
Yazıyla lazımdır mənimsəməmiz.
**************************
Üç şey var İmanın nişanəsidir
Əl tutar özgəyə yoxsulda olsa
Keçər öz haqqından başqalarıçün
Elmini öyrədər elm axtarana.
***************************
Dinin afətidir üç şey deyilib
Əvvəli işində zülm edən rəhbər
İkinci ağılsız nadan müqəddəs
Üçüncü fəqihdir görə pis işlər.
*************************
Gizlində hər kimsə edərsə günah
Ziyanı dəyəcək özünə təkcə
Aşkarda səd heyf olunsa günah
Ziyanı dəyəcək bil cəmiyyətə.
*************************
Adəm övladları gər qocaldıqca
Onda cavanlaşar bu iki xislət
Tamah və arzusu artar günbəgün
Budur İnsandakı bəd xüsusiyyət.
***************************
Ölümlə qırılan o əməl ipi
Qırılmaz vəsilə olar üç təməl
Ardıcıl xeyratdır, faydalı bilik
Saleh bir övladdır edəcək əməl.
***************************
ALLAH rizasının nişanəsidir
Adil hökumətlə,ucuzluq olsa.
Layiqdir hər qovmun malik olduğu
O, dövrün hər nə cür rəhbəri varsa.
*****************************
İLAHİ gücləndir məni biliklə
Dözümlə daima ömrümü bəzə
Gözəlləndir məni sağlamlıq ilə
Pəhrizkarlıq ilə hər an əzizlə.
*************************

  Müəllif: Hacı Akif Tağızadə.  nardaranpiri.com 
 

Bənzər Olanlar