Paylaş
Facebook Twitter Google+

Mömin şəxsin iki halında Şeytan ona qələbə çalaraq azdırmağı bacarar!

Ramal Əmiraslanov

2020-05-24 18:41:03 1744 Əxlaq

 

İslam Peyğəmbəri Hz Muhəmməd (s) buyurdular: “Hz Musa ibn İmran (ə) bir yerdə əyləşmişdi ki, İblis (lən) ona tərəf gəldi.

Hz Musa (ə) Şeytandan (lən) soruşdu: Hansı günahdır ki, imanlı şəxsi sənin qarşında məğlub və səni ona qalib edər?!

Şeytan (lən) Hz Musanın (ə) cavabında dedi:

1-Mən imanlı şəxsə o zaman qələbə çalaraq haqq yoldan azdıra bilirəm ki, Öz əmələrini hamının əməllərinə nisbətdə böyük və daha yaxşı hesab edə!

2-Mən imanlı şəxsə o zaman gələbə çala bilirəm ki, kiçik günahlarını dəyərsiz hesab edir və Allahın əzəmətindən günahlarına görə qoruxmayır.

Mənbə: Gəncineyi-maarif kitabı, cild-1, səh: 569.

 

 

Bənzər Olanlar