Paylaş
Facebook Twitter Google+

Hər kim başqalarının onun yanında ayağa qalxmasını istəyərsə yeri cəhənnəm olar!!

Ramal Əmiraslanov

2020-01-07 08:29:39 821 Əxlaq

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim başqalarının onun yanında ayağa qalxmasını istəyərsə, onun yeri atəşlə dolar”. Yəni, bu insanın gedəcəyi yer cəhənnəm olar.

 

İnsanların əksər hissəsi başqalarından ehtiram görməyi sevir. Əgər bu hörməti görmürsə, o zaman narahat olur. Əlbəttə ehtiram göstərmək – dinimizin nəzərinə görə bəyənilən sifətlərdəndir. Ancaq hər kim başqalarından bu gözləntidə olarsa, deməli dünyaya bağlanmış insandır.

Ancaq dünyaya bağlanan insanlar başqalarından hörmət görməyən zaman özlərini təhqir edilmiş hesab edərlər.

 

Hətta o zaman ki, Məsumlar (ə) məclisə daxil olardılar, heç kəsdən ayağa qalxmaq gözləntisində olmayırdılar.

 

Hər bir halda ehtiram göstərmək – fəzilətli sifətlərdəndir. Amma bu, ehtiram göstərənə aiddir, ehtiram gözləyənə deyil. Əgər başqalarından bu fəzilətin təzahür edilməsinin intizarında olarsansa, o zaman mövzu dəyişir və niyyətin naqisləşir. Deməli, dünyaya bağlanmağa başlayırsan və təkəbbürə meyil edərsən.

Ehtiram gözləntisində olanda, başqalarını özündən kiçik gördüyün üçün, onların sənə ehtiram göstərməməsini təhqir hesab edərsən. (Həvzəh)

 

Bu səbəbdən, ehtiram gözləntisində olmaq – möminə yaraşmaz. Mömin öz təqva və imanı sayəsində bu ehtiramı qazanmalıdır, amma başqalarından bu fəziləti görməyi ummamalıdır. Çünki belə bir fəziləti gözləmək insanı şeytanın (lən) tələsinə daxil edər və Allahdan uzaqlaşdırar./Deyerler.

Bənzər Olanlar