Paylaş
Facebook Twitter Google+

Qeyrət hissi necə olur? Bəyənilən və bəyənilməyən qeyrət nə deməkdir?

Ramal Əmiraslanov

2018-12-04 12:43:47 489 Əxlaq

Dinimizdə qeyrət hissi iki yerə bölünür:

1. Din və dindarlıq barəsində edilən qeyrət.
2. Namusa görə edilən qeyrət.

Din və dindarlıq barəsində qeyrət deyildikdə o nəzərdə tutulur ki, insan dinə edilən xəyanətə görə və ya vacibatlarının cəmiyyətdə tərk edilməsinə görə həssaslıq göstərər və ürəyi yanar. Onlara qarşı etinasız olmaz. İslami dəyərlərin inkişaf etməsi üçün səy göstərər və çalışar. Ən mühüm vəzifə olan əmr-be-məruf və nəhy-əz-munkəri tərk etməz.


Namus barəsində edilən qeyrət dedikdə isə öz həyat yoldaşının, ananın, bacının, qızlarının namusunu qorumaq nəzərdə tutulur. Onların iffətinə diqqət edər və şəhvət yaradan geyimlərdən uzaq olmalarına səy göstərər. Onların yersiz yerə naməhrəmlə söhbət etmələrinə qadağa qoyar. Onları davamlı olaraq hicaba və təqvaya dəvət edər.

Bu deyilənlərdən əlavə qeyrəti başqa iki dəstəyə bölürlər:

1. Bəyənilən qeyrət.
2. Bəyənilməyən qeyrət.

Bəyənilən qeyrət yuxarıda saydığımız qeyrətin növləridir. Ancaq bəyənilməyən qeyrət o qeyrətdir ki, həddini aşar və ifrat həddinə çatar. Həmin kişi öz həyat yoldaşına qarşı həmişə bədgüman olar. Ona görə də onu incidər və əziyyət verər.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Qadın əyri qabırğa kimidir. Əgər onu düzəltmək istəsəniz, sınacaqdır”.
Eyni zamanda Həzrət (s) başqa yerdə buyurur ki, qadınlara əziyyət verməyin və onlara qarşı sərtlik göstərməyin.

Həzrət Peyğəmbər (s) buyurur: “Qeyrətin bəzi növləri vardır ki, Allah və Rəsulu (s) onu düşmən bilir. O da budur ki, kişi yersiz yerə öz əhlinə qeyrət göstərər”.
Əmirəl-möminin (ə) buyurur: “Qadınlara çox qeyrət göstərmə ki, sənin bədgümanlıq hədəfinə çevrilər”. (Tebyan)
İnsan ona verilən nemətlərə görə məsuliyyət daşıyır. Onlara qarşı səhlənkarlıq göstərmək və ya ifrat etmək vəzifəsini yaxşı yerinə yetirməmək deməkdir./Deyerler.

Bənzər Olanlar