Paylaş
Facebook Twitter Google+

Zəmanəsinin böyük din xadimi olan Ayətullah Şahabadidən çox dəyərli nəsihət

Ramal Əmiraslanov

2018-09-24 13:48:10 1260 Əxlaq

İslam dini Allahın insanlar üçün təyin etiyi sonuncu mükəmməl dindir.Bu din özündə həm insan mənəviyyatını yüksəldəcək, həm də içtimai nizamı və insan hüquqlarını mühafizə edəcək ilahi qanunları ehtiva edir.

İslaminSesi.info – Bu yolda böyük mənəvi məqam və geniş elmə sahib olan şəxslərdən biri də, otən əsrin böyük alim və ariflərindən biri olan Ayətullah Şeyx Muhəmməd Əli Şah Abadidir.

Şeyxin şagirdlərindən biri öz xatirələrində yazır: Bir gün məclisdə Şeyxin hüzurunda əyləşmişdik. Şeyx xütbə oxuyurdu. Sözünü bitirdikdən sonra üzünü bizə tutub dedi: Nə üçün mənəvi seyrə nail olmaq, insanlığın ali məqamına yüksəlmək niyyətidə deyilsiniz? Məğər həqiqi insani simaya sahib olmaq istəmirsiniz?

Məclisdən sonra Şeyxin yanına yaxınlaşıb, dediyi ali insani məqama yetişmək üçün nəsihət istədik. Şeyx buyurdu: Sizə 3 mühüm nəsihətim vardır. Bunlara əməl etsəniz təsirini görərsiniz:

 

1.Öncə namazlarınızı vaxtında icra edin. Azanı eşidən kimi əlinizdə olan işlərinizi saxlayıb namaza tələsin. İmakan daxilində namazınızı camaatla qılın.


2. Camaatla insafla davranın. Alış-verişlərinizdə insaflı olun. Az qazancla qane olun. Yaxınlarınızla digərləri arasında, yanınızda olanla olmayan arasında fərq qoymayın.

3. Allahın haqqını əda edin. İl ərzində vaxtınız geniş olsa belə, Allahın buyurduğlarını əvvəl vaxta əda edin (yerinə yetirin). /Dini saytlara istinadən)

 

Bənzər Olanlar