Paylaş
Facebook Twitter Google+

“Axtardım...” - İmam Sadiqin (ə) kəlamında ən üstünlər

Ramal Əmiraslanov

2018-10-18 07:47:53 1402 Əxlaq

İmam Cəfər Sadiq (ə) buyurur: “Behişti axtardım və onu bağışlamaqda və alicənablıqda tapdım”.
İmam Sadiq (ə) yenə buyurur: “Sağlığı axtardım və onu (müsbət) inzivada gördüm”.

İmam (ə) buyurur: “Əməl tərəzisinin ağırlığını axtardım, onu Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə şahidlik verməkdə tapdım”.
“Behiştə sürətlə girməyi axtardım, onu Allah Təalaya görə xalis işdə tapdım”.

Deyerler.org: “Ölümü sevməyin yolunu axtardım, onu Allahı razı salmaq üçün qabaqcadan göndərilmiş sərvətdə (infaqda) tapdım”.
“İbadətin şirinliyini axtardım, onu günahı tərk etməkdə tapdım”.
“Qəlb riqqətini axtardım, onu aclıqda və susuzluqda tapdım”.
“Qəlb nurunu axtardım, onu düşünməkdə və ağlamaqda tapdım”.

“Siratdan (asan) keçməyi axtardım, onu sədəqədə tapdım”.
“Üzün nuraniliyini axtardım, onu gecə namazında tapdım”.
“Cihadın fəzilətini axtardım, onu həyat xəzinəsi olan həyat yoldaşı və övladda tapdım”.

“Allah Təalanın dostluğunu axtardım, onu günahkarlarla düşmənçilikdə tapdım”.
“Sərvərlik və böyüklüyü axtardım, onu Allah bəndələrinə xeyirxahlıqda tapdım”.
“Qəlb rahatlığını axtardım, onu sərvətin azlığında tapdım”.

"Dəyərli işləri axtardım, onu səbirdə tapdım”.
“Qədrin (hörmətin) böyüklüyünü axtardım, onu elmdən tapdım”.
“İbadəti axtardım, onu saleh əməldə tapdım”.

“Rahatlığı axtardım, onu dindarlıqda tapdım”.
“Üstünlüyü və böyüklüyü axtardım, onu təvazökarlıqda tapdım”.

"İzzəti axtardım, onu düzlükdə tapdım”.
“Təvazökarlığı axtardım, onu orucda tapdım”.
“Qüdrəti axtardım, onu qənaətdə tapdım”.

“Həmdəmliyi axtardım, onu Quran oxumaqda tapdım”.
“İnsanlarla söhbət etməyi axtardım, onu xoşxasiyyətdə tapdım”.
“Allah Təalanın razılığını axtardım, onu ata və anaya yaxşılıqda tapdım”./Deyerler.

Bənzər Olanlar