Paylaş
Facebook Twitter Google+

Allah-Taalanın (c.c) razılığını qazandıran həqiqi oruc hansı əxlaqi xasiyyətdən asılıdır?!

Ramal Əmiraslanov

2019-05-12 10:18:47 405 Əxlaq

Həqiqi orucun mühüm şərti:

İmam Sadiq (ə) buyurur: “Oruc ancaq yemək və içmək orucu deyildir, oruc üçün şərt vardır ki, gərək onu qoruyasan ki, orucun kamil olsun. O şərt – varlığının sükutudur. Eşitməmisən ki, Məryəm binti İmran (s.ə) demişdir: “Nəzir etmişəm ki, bu gün oruc olam və insanla bu gün danışmayam”. Yəni, sükut halındayam. Ona görə də o zaman ki, oruc tutdunuz dilinizi yalandan saxlayın, gözünüzü naməhrəmə yumun, bir-birinizlə dava etməyin, bir-birinizə həsəd aparmayın, qeybət etməyin, bir-birinizlə düşmənçilik etməyin, bir-birinizə yalan deməyin, bir-birinizə qarşı qəzəbdən, pis sözlərdən, məsxərə etməkdən, dava və düşmənçilik etməkdən, zülm etmək və əziyyət verməkdən çəkinin.

 

Allahı yada salmaqdan və namazdan qəflət etməyin. Dilə aid olan hər bir günaha qarşı sükuta riayət edin. Səbir, mətanət və sadiqliyə riayət edin.
Özünüzü axirətə müşərrəf hesab edin və o əyyamın intizarında olun. İlahi vədəyə ümidiniz olsun və İlahi görüşə çatmaq yolunda qərar tutun. Aramlıq, vüqar, təvazökarlıq göstərin və mövlasından qorxan qulun zillətini özünüzdə yetişdirin. Xof, rica, rəğbət məqamında olun.


Qəlbərinizi eybdən, batininizi hoqqabazlıqlardan pak etmiş halda olun və cisminizi napaklıqlardan yuyun. Bu orucla ki, bütün günahlardan bu cür sükuta malikdir – Allahın vilayətinə qoşulun. O günahlardan ki, Allah sizə zahirdə və batində qadağan etmişdir.

Onun mütilik haqqını aşkarda və gizlində yerinə yetirin. Oruc əyyamında varlığını Haqqa bağışla. Bu yolla ki, qəlbini Onun üçün ayırasan və qəlbini Onun əmrlərini yerinə yetirmək üçün vəzifələndirəsən. O zaman ki, belə etdin, həqiqətən oruc tutan olarsan və Mövlanın əmrinə itaət etmiş olarsan. Bu proqramdan hər nəyi azaltsan, o miqdarda orucunun dəyəri azalacaqdır.

Oruc ancaq yemək və içməkdən çəkinmək deyildir. Allah orucu bəndəsi ilə bütün əməli və deyilən günahlar arasında hicab qərar vermişdir. O kəs ki, bu şəraitə əməl edər, orucunu iftar etmiş olar. Oruc tutanlar nə qədər azdırlar və aclar nə qədər çoxdurlar!”. Allah Təala bizləri həqiqi oruc tutanlardan qərar versin./Deyerler.

 

Bənzər Olanlar