Paylaş
Facebook Twitter Google+

Hansı günahdır ki, Şeytan belə onu etməyi istəməzdi?!

Ramal Əmiraslanov

2019-08-14 09:07:05 1269 Əxlaq

Töhmət vurmaq və böhtan atmaq – o qədər çirkin sifətlərdir ki, hətta şeytan (lən) belə bu cür insanlardan qaçır. Halbuki, şeytan həmişə insanların rəzil işləri görməsindən sevinir. Ancaq bəzi əməllər o qədər çirkindir ki, hətta şeytan belə onun ağırlığını hiss edib, ondan uzaq olmağa çalışır.

Töhmət və böhtanın ziyanları:

1. Töhmət və böhtan insan mənəviyyatına təsir edər. İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin, mömin qardaşına töhmət vurar – iman onun qəlbində əriyər. Necə ki, duz suda əriyər”.


2. İnsan rabitələrinə mənfi təsir edər. İmam Sadiq (ə) buyurur: “O kəs ki, din qardaşına töhmət vurar, onların aralarında hörmət qalmaz”.


3. İblisin (lən) himayəsinə keçər. İmam Sadiq (ə) buyurur: “Əgər kimsə möminin əleyhinə söz deyər və əgər niyyəti onu gözdən salıb, ictimai mövqeyini alçaltmaq olarsa – Allah onu dostluq dairəsindən çıxardar və şeytanın himayəsində qərar verər. (Ancaq) şeytan da onu qəbul etməz”./Deyerler.

Bənzər Olanlar