Paylaş
Facebook Twitter Google+

Hz Peyğəmbərin (s) hədisinə əsasən elmin insan boynundakı haqqı nələrdir?!

Ramal Əmiraslanov

2019-08-14 09:12:59 1478 Əxlaq

Ürfdə adətən hüququ və haqqı ancaq insanlara aid edirlər. Ancaq dinimizin üstünlüklərindən biri də budur ki, hər bir şey üçün, o cümlədən qalan canlılar üçün, hətta əşyalar üçün də hüquq təyin etmişdir. Bu dünyada var olan hər şey – Allahın nişanəsidir. Uca Allahı öz dillərində təsbih və pərəstiş edirlər.

Elm də onlardan biridir ki, Allah onun üçün də hüquq təyin etmişdir.

 

Elm – nurani bir həqiqətdir. Ona görə də bizim üzərimizdə haqqı vardır. Əgər biz elmin buyurduqlarına əməl etsək, haqqını əda etmiş olarıq. Əgər elmin haqqına riayət etməsək, Qiyamət günü sorğu-sual olunacağıq. (Həvzəh)

 

İmam Sadiq (ə) nəql edir ki, atası buyurmuşdur: “Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Elmin haqqı nədir?”.

Həzrət (s) buyurur: “Elm qarşısında kamil sükut etməkdir”.


Soruşur: “Başqa hansı haqqı vardır?”. Həzrət (s) buyurur: “Yaxşı qulaq asmaq”.

Soruşur: “Ondan sonra nədir?”. Həzrət (s) buyurur: “Onu öyrənmək”.

Soruşur: “Başqa nədir?”. Həzrət (s) buyurur: “Ona əməl etmək”.

Soruşur: “Başqa nədir?”. Həzrət (s) buyurur: “Onu yaymaq””. /Deyerler.

Bənzər Olanlar