Paylaş
Facebook Twitter Google+

Dünya və axurət istəyən şəxsə İmam Hüseydən (ə) ibrətamiz cavab!

Ramal Əmiraslanov

2018-10-07 11:24:26 2535 Əxlaq

İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və axirət gününə inanırıq”– deyirlər. (Bəqərə-8)

İslaminSesi – Bütün peyğəmbərlər (ə) və imamlar (ə) Allahın yer üzündə olan höccətləridir (təyin etdiyi rəhbər). Onların heç bir təlim və müəllim görmədən insanların bütün ehtiyac və suallarının cavabını bilir, dedikləri hər bir kəlimə və kəlam elm və hikmət üzrədir. Çünki onları Allah seçmiş, elmlə yüksətmişdir:

“(Allah) istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar.” (Bəqərə-269)

İmam Sadiqdən (ə) nəql olunur ki, Kufə əhlindən bir kişi İmam Hüseynə (ə) məktub yazaraq ona yol göstərəcək nəsihətlər istəyir.

İmam cavabında yazır: Bismilləhir-Rəhmanir-Rəhim.
Hər kim insanların yaratdığı maneələrə, çətinliklərə baxmayaraq Allahın razı olduğu işin ardınca olsa, Allah ona kifayət edər, insanlardan ehtiyacsız edər.

Hər kim Allahın razı olmadığı, insanların razı olduğu işin ardınca getsə, Allah onu insanlara möhtac edər (ixtiyarını qeyrilərinin əlinə verər). (Biharul-ənvar)

Zamandan, şəraitdən aslı olmadan insan, hər bir işində insanların, başqalarının nə deməyini, nə düşünəcəyini deyil, öncə Allahın bu işdən razı olacağını düşünməlidir. Allahın dini və şəriəti ilə zidd olmadığı halda bu işi etmək, yaxud ardınca getmək olar. Yalnız bu halda Allah insana izzət və ucalıq bəxş edər.

Yaşar Nuriyev

 

Bənzər Olanlar