Paylaş
Facebook Twitter Google+

İnsan Allah-Taala (c.c) yolunda dost və düşmənçiliyini necə bilsin?

Ramal Əmiraslanov

2019-07-14 08:03:24 5149 Üsuliddin İmamət

İmam Həsən Əsgəri (ə) cəddi barəsində nəql edərək buyurur: “Bir gün Peyğəmbər (s) səhabələrindən birinə buyurur: «Ey Allah bəndəsi! Allah yolunda sev və nifrətə malik ol, Allah üçün məhəbbət və düşmənçilik et. Allah Təalanın vilayətinə çatmazsan, məgər onunla». (Həvzəh)

Həmin şəxs Həzrətə (s) deyir: “Allah yolunda dostluq və düşmənçiliyimi necə bilim? Allahın vəlisi kimdir ki, (onu) sevim. Allahın düşməni kimdir ki, düşmən biləm?”

Peyğəmbər (s) İmam Əliyə (ə) işarə edərək buyurur: “Onu görürsən?”.

Həmin şəxs deyir: “Bəli”.

Həzrət (s) buyurur: “Bu, Allahın vəlisidir, ona görə də onu sev. Düşməni – Allahın düşmənidir, ona görə də onu düşmən bil. Dostunu sev, hətta əgər atanın və övladının qatili olsa belə. Düşmənini düşmən bil, baxmayaraq ki, atan və övladın olsa belə””./Deyerler.

Bənzər Olanlar