Paylaş
Facebook Twitter Google+

İmamların (ə) malik olduqları elm, hamısında eyni səviyyədədirmi?

Ramal Əmiraslanov

2019-12-10 11:05:24 7506 Üsuliddin İmamət

Məsum İmamlar (ə) da Peyğəmbər (s) kimi, insanları hidayət etmək yolunda xüsusi İlahi elmə malik olarlar. Bu elmi ladoni adlandırırlar. Yəni, qeyb elmidir, bəşər elmi deyildir.

Onlar hər zaman dua edərlər ki, Allah bu elmlərini artırsın. Hətta Həzrət Peyğəmbər (s) belə dua edən zaman buyurardı:“Allahım, mənim elmimi artır”.

Hədislərdən belə qənaətə gəlmək olur ki, bütün İmamların (ə) qeyb elmi vardır. Bu elmi Allah Təala ancaq mələklərə və peyğəmbərlərinə (ə), vəsilərinə (ə) öyrətmişdir.

İmam Sadiq (ə) buyurur: “Allah Təalanın iki cür elmi vardır: birincisi o elmdir ki, Onun yanındadır və heç bir məxluqunu ondan agah etməmişdir. İkincisi isə o elmdir ki, mələklərinə və peyğəmbərlərinə (ə) vermişdir. O şeyi ki, mələklərə və peyğəmbərlərə (ə) vermişdir – bizə də gəlib çatmışdır”.


İmam Kazım (ə) buyurur: “Biz – İmamlar (ə) ailəsi – elm və şücaətdə bərabərik”. (Hədənə)

Bu hədisdən belə nəticəyə gəlmək olur ki, İmamların (ə) malik olduqları elm, bütün İmamlar (ə) arasında eynidir və bərabərdir--/Deyerler.

Bənzər Olanlar