Paylaş
Facebook Twitter Google+

İmam Əlinin (ə) cənnət və cəhənnəmi bölən olması hədisi necə başa düşülür?

Ramal Əmiraslanov

2019-07-03 08:08:27 1031 Üsuliddin İmamət

Belə bir hədis var ki, İmam Əli (ə) cənnət və cəhənnəmi böləndir. Bəzi insanlar bu hədisiə etiraz edib deyə bilərlər ki, cənnət və cəhənnəmi bölən Allahdır. Təbii ki, bu, belədir. Lakin bu hədisə aydınlıq gətirildikdən sonra, hədisin tam mənası başa düşüləcək və etirazlar yersiz olacaq.

Əhli-sünnənin hədis alimi olan Müslüm öz “Səhih”inin “İman” bölməsində belə bir hədis nəql edir: “İmam Əli (ə) buyurub: "And olsun toxumu yaran və canı yaradan Allaha ki, Peyğəmbər (s) mənə söz vermişdir ki, məni yalnız mömin sevəcək və mənə yalnız münafiq nifrət (düşmənçilik) edəcək".

Hədisdən göründüyü kimi, Uca Allah Öz Peyğəmbəri (s) vasitəsilə İmam Əliyə (ə) məhəbbət və ya nifrəti cənnət və ya cəhənnəmə getmək üçün meyar qoymuşdur. İmam Əli (ə) cənnət və cəhənnəmi böləndir və hədisi də elə bu mənadadır. Yəni ki, hər kim İmam Əlini (ə) sevsə - o, mömindir və Quranın buyurduğuna görə, mömin cənnətdədir. Və ya hər kim İmam Əliyə (ə) düşmənçilik hissi bəsləsə, o, münafiqdir və Quranın buyurduğuna əsasən, münafiq cəhənnəmdədir. Bu baxımdan deyə bilərik ki, İmam Əli (ə) – cənnət və cəhənnəmi böləndir. Yəni ki, o Həzrətə (ə) olan məhəbbət və nifrət ilə insanın imanı müəyyən edilir. - Allahverdi Əlizadə, - “Dəyərlər”in oxucusu

Bənzər Olanlar