Paylaş
Facebook Twitter Google+

Cəfəri məktəbinə görə xəlifənin iki əsas vəzifəsi ...

Ramal Əmiraslanov

2019-08-19 07:56:28 1095 Üsuliddin İmamət

Şiə məktəbinə əsasən Peyğəmbərdən (s) sonra təyin olunan xəlifə gərək iki vəzifəni öhdəsinə götürsün:

1-Zahiri məsələlərin idarəsində, İslam şəriətinin qanunlarının qoruyucusu və icraçısı olmalı və əsl dinin yaşamasında möhkəm dayanmalıdır.
Xəlifə islam ümmətinin əlində olan xums, zəkat, maliyyat, döyüş qənimətlərini düzgün şəkildə müsəlmanların arasında bölüşdürməlidir.

2-Mənəvi rəhbərlik etməsi, Peyğəmbər (s) xəlifəsinin borcudur ki, islam məktəbində qaranlıq qalmış məsələləri hər hansı səbəbdən, onları islam ümməti üçün aydınlaşdırsın.
Yəni İslam ümmətinin xəlifəsinin öhdəsinədir ki, Qurand və Peyğəmbərin (s) sünnətində gələn hər hansı məsələləri geniş şəkildə izah edərək, dinin azğın yola sapdırılmasının qarşısını alaraq yaranan sual və şübhələrə cavab versin.

 İlahi və Peyğəmbərdən (s) sonra seçilmiş xəlifə gərək bütün çirkin işlərdən, günah və səhvlərdən uzaq olmalıdır,  çünki o Peyğəmbəri əvəz edərək insanlara örnək olandır.

დაკავშირებული სურათი


 

Bənzər Olanlar