Paylaş
Facebook Twitter Google+

Gürcüstanda Fitr bayramı möhtəşəm şəkildə qeyd edilib!

Muslims in Georgia

2016-07-08 20:17:48 3739 Manşet

 

Gürcüstanda Fitr bayramı möhtəşəm şəkildə qeyd edilib!

Gürcüstan müsəlmanları Fitr bayramını möhtəşəm şəkildə qeyd ediblər.

Gürcüstan müsəlmanları 07.08.2016 tarixində, Müsəlmanların kompakt yaşadığı Marneuli şəhərində Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsi və İmam Əli (ə) xeyriyyə fondunun təşkilatçılığı ilə  Fitr bayramını qeyd ediblər.

Bayram tədbirində müxtəlif bölgələrdən toplaşmış müsəlmanlarla birlikdə yerli xristianlar, hakimiyyət Nümayəndələri, parlament deputatları, din alimləri və ruhanilər, Xrisitan dinin təmsilçiləri, müxtəlif siyasi partiyaların nümayəndələri, müxtəlif QHT-lərin rəhbərləri, ölkədə dini, siyasi və ictimai sahənin aktiv şəxsləri iştirak ediblər.

Məclisə hörmətli filoloq Oqtay kazımovun aparıcılığı və tərcüməçiliyi ilə start verildi. Məclis dəyərli Quran qarisi  Elçin Cəfərlinin tilavəti ila başladı.

 Sonra söz açılış üçün Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsinin sədri və şeyxi cənab Mirtağı Əsədova verilib. O, öz çıcxışında bütün dünya, Gürcüstan müsəlmanları və məclis iştirakşılarının bayramını təbrik edərək bayramın islam dinində dərin mənaya malık olduğunu açıqlayıb, beləki bu ümumilikdə qələbəyə və ilkin rahatlığa qayıdış mənasına olduğu halda islam dinində yaradılışdakı ilkin saflığa və paklğa qayıdış anlamını daşıyır. Məhz ona görə də Fitr bayramı, mübarək ramazan ayında ibadət nəticəsində günahlardan paklanaraq ilkin saflığa qayıdanların həqiqi bayamı olduğunu vurğulayıb və Uca Allahdan bütün işğal olunmuş torpaqların, eləcə də Abxaiya və Osetiyanın azad olunmasını diləyib, sonunda da qonşu ölkə türkiyədə və iraqda başvermiş terrora toxunaraq orada şəhid olanların xatirəsini yad edib. O, onların ailələrinə baş sağlığı verib və onların qəmində şərik olduqlarını bildirib. Eləcə də O, İslam peyğəmbəri Həzrət Məhəmməd (s)-in pak məzarı yaxınlığında törədilən terroru və edilən hörmətsizliyi qınayıb. Mirtağı əsədov bildirib ki, trror mahiyyət etibarı ilə mənfur və lənətlənmiş olduğu üçün, onu törədən də kimliyindən asılı olmayaraq İlahi və insani dəyərlərdən uzaq olduğunu və bəhrəsiz qaldığını hamiya sərgiləyir.

Sonra söz çıxış üçün İmam Əli (ə) məscidinin axunudu və imamcüməsi dəyərli ruhani Hacı Hacıyevə verildi. Hacı Hacıyev də öz növbəsində məclis iştirakçılarının bayramını təbrik etdi və hamıya Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsi və İmam Əli (ə) xeyriyyə fondu adından dəvəti qəbul etdikləri üçün dərin minnətdarlığını bildirdi. Sonra Gürcüstan universitetlərində imtahanlarda yüksək bal toplayan tələbələrin bir qisminə Hacı Hacıyevin əli ilə hədiyyələr təqdim edildi.

 Ondan sonra səhnəyə çıxış üçün Marneuli yerli özünüidarəetmə orqanının başçısı Merab Topçuşvili dəvət edildi. O da öz növbəsində müsəlmanların bayramını təbrik edərək bildirdi ki, Marneulidə müxtəlif dini mənsubiyyətə malik insanlar yaşayır və biz Marneulidə üç növ, müsəlmanlara aid, xristianlara aid və milli bayramları qeyd edirik. O söhbətinin sonunda bəzi cərəyanların dünyada öz mənfur məqsədlərini həyata keçirmək üçün islam dininin adından sui-istifadə etmələrini də vurğuladı.

Bundan sonra söz Gürcüstan Baptistlər kilisəsinin baş yepiskopu və rəhbəri cənab doktor Malxaz Sonqolaşviliyə verilidi. O da öz çıxışında müsəlmanları bayram münasibəti ilə təbrik etdi. Cənab Sonqolaşvili müsəlmanlarla bayramı bir yerdə qeyd etdiyinə şad olduğunu bildirdi. O vurğuladı ki, islam dini sülh və saflıq dinidir.

Səhnənin sonrakı çıxışçısı xalq müdafiəçisi (ombudsman) yanında tolerantlıq və dinlər şurasının rəhbəri cənab Beka Mindiaşvili idi. O da öz çıxışında məclis iştirakçılarını salamlayaraq bayramalarını təbrik etdi və bildirdi ki, bu gün bu məclisdə islam dininə və xristianlığa mənsub insanların bir araya toplaşması, ölkəmizin tolerantlığının göstəricisidir və dünya üçün də bir mesajdır. O, öz söhbətində bayram tədbirinin təşkilatçılarına da təşəkkürünü bildirdi.

Sonra səhnəyə çıxış üçün  Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyin müftüsü Ayvaz Mərdanov dəvət edildi. O da öz növbəsində məclis iştirakçılarını bayramalarını təbrik etdi və Gürcüstnın birliyi və bərabərliyi üçün öz xeyir duasını verdi.

Sonda öz xeyir dualarını vermək üçün söz, İmam Əli (ə) xeyriyyə fondunun sədri Hacı Amil Xəlilova verildi. O da öz növbəsində bayarm iştirakçılarını təbrik etdi və məclisə təşrif gətirdikləri üçün hamıdan təşəkkür etdi. O söhbətinin davamında İmam Əli (ə) xeyriyyə fonduna zəhməti keçən insanlara və  bayram təşkilatçəlarına maddi və mənəvi dəstək olanlara xüsusi təşəkkür etdi. O söhbətinin sonunda Uca Allahdan İmam Zaman (ə)-in zühurunu dilədi. Məclis, iştirakçıların təşviqi və Bakı Şəhərindən gəlmiş Əhli-Beyt qurupunun gözəl İlahiləri və nəğmələri ilə davam etdirildi. Sonda isə yüksək atəşfəşanlıqla tamamlandı.

 

                                                                                              

 

 

 

 

 

ÖNCƏKİ YAZI

Bənzər Olanlar