Paylaş
Facebook Twitter Google+

İranın Tehran şəhərində baş vermiş terror hadisəsi ilə əlaqədar Ü.G.M.A.D.İ bəyənat yaydı.

Muslims in Georgia

2017-06-07 23:06:20 2621 Manşet

 

Bəyanatda deyilir: Bismillahir rəhmanir rəhim.

Kim bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur”. (Əl-Maidə, 32)

İranın Tehran şəhərində ölkə parlamenti binasında və İmam Xomeyni (r) türbəsində baş vermiş partlayış nəticəsində günahsız insan tələfatı haqqında xəbər bizi dərindən sarsıtdı. Biz heç bir təqsiri olmayan dinc əhaliyə qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik. Bu terror aktları nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, İran xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşürük. Terror qurbanlarına Allahdan rəhmət diləyir və yaralananların tezliklə şəfa tapmasını arzulayırıq. Dərin hüzün və hörmətlə Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi.

Mgeo.ge

Bənzər Olanlar