Paylaş
Facebook Twitter Google+

Ü.G.M.A.D.İ-nin hesabatı və kitab təqdimatı oldu.

Muslims in Georgia

2017-01-03 11:18:58 1731 Manşet

Bismillahir-rəhmanir-rəhim. 29.12.2016 tarixində Marneuli İmam Əli (ə) məscidində Ü.G.M.A.D.İ-nin (Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi) hesabatı keçirilib. Məclis, filoloq Oqtay Kazimovun aparıcılığı ilə açılıb və Marneuli İmam Əli (ə) məscidinin axundu və imam cüməsi Kərbəlayi Hacı Hacıyevin quran tilavəti ilə davam edib. Daha sonra tribunaya, Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsinin gördüyü işlər barədə ictimaiyyəti məlumatlandırmaq üçün, ÜGMADİ-nin sədri və şeyxi cənab Mirtağı Əsədov dəvət edilib.Mirtağı Əsədov, öz çıxışında idarənin gördüyü işlərdən danışıb. Məclisdə ÜGMADİ-nin təşəbbüsü ilə çap edilmiş “250 yaşlı insan” kitabının təqdimatı keçirilib və kitab haqqında məlumat verilib. Sonda qonaqlar üçün şirniyyat məclisi qurulub. Qeyd edək ki, məclis videolentə alınıb. Tezliklə həmin videoçarx siz oxuculara təqdim olunacaq.

 

Niyazi İsmayılov.

Mgeo.ge

Bənzər Olanlar