Paylaş
Facebook Twitter Google+

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGM) 04.05.2016 Tarixli yalan dolu bəyanatına Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) cavabı.

Muslims in Georgia

2016-05-12 20:51:44 4663 Manşet

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) 04.05.2016 Tarixli yalan dolu bəyanatına Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) cavabı.


Bütün Gürcüstan müsəlmanları idarəsi 04/05/2016 Tarixli bəyanatında Sünni və Şiənin bir təşkilatda birləşməsinin vacibliyindən danışaraq, bu fikirə savadsızcasına birneçə əsas gətirib. Biz istəyirik bu səbəblərə emosia və insafsızlıqdan kənar bir baxışla nəzər salaq. Onların gətirdiyi səbəblər :
1. 1823-ci ildən bu günə Sünnini və Şiəni təmsil edən idarə qafqazda bir olub.  Onlar sonra həmin səbəbdə incəliklə müsəlmanların qafqazda qardaş və dost kimi yaşamasını həmin idarədə bir olmanın nəticəsi kimi göstərərək deyirlər:
"Müsəlmanlar hər zaman qardaş və dost kimi birgə yaşayıblar".
Biz müsəlmanların dost və qardaş kimi yaşamasına toxunacağıq. Amma ilk olaraq istəyirik məslənin birinci hissəsinə toxunaq. Beləki, onlar qafqazda 1823-cü ildən buyana müsəlmanların bir idarədə toplaşdıqlarını deyirlər. Biz isə onlara bunu deyirik: Görəsən onlar bu məsləni cəmiyyət üçün yazanda vicdanla  bu salları öz-özlərində cavablayıbmı?
1) Bu siyasətin bünövrəsini qafqazda ilk dəfə olaraq kim qoydu?
2) Hansı məqsədlə və nə üçün bu siyasət həyata keçirildi?
Bu siyasəti ilk dəfə olaraq Qafqazda Rus çarı həyata keçirdi.Belə ki, 1823-cü ildə Zaqafqaziya Şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində dini rəhbər – şeyxülislam vəzifəsi təsis edilmişdir. Bundan 9 il sonra – 1832-ci ildə Tiflis şəhərində Qafqaz Sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. Onlar, islam Əhval-ruhiyyəsi hakim olan bir mühitdən yenicə ayrılıb qeyri islami bir mühitə daxil olan müsəlmanları bağlamağın ən əlverişli və uğurlu yolunu axtarırdılar. Onların bu bağlamaqda məqsədləri müsəlmanları, öz siyasətlərinin tələbləri əsasında  haldan-hala salaraq idarə etmək idi. Bu məsələ müsəlmanların həqiqi islamdan uzaq düşmələri bahasına olsa belə onlar üçün həyati önəm daşıyırdı. Onun üçün də bu addımı atdılar. Yəni onlar müqəddəs islam dininə bir ilahi və səmavi din kimi deyil, qeyri ilahi, maddi, quru və siyasi yanaşdılar. Onlar bu dinin müqəddəsliyini nəzərə alıb ilahi yanaşsaydılar, azından bu insafın və vicdanın göstəricisi olacaqdı, Amma onlar üçün vicdan da siyasi maraqlardan  ibarət idi, insaf da, din də. Həmin siyasəti o dövürdən bəri əlverişli olduğu üçün Qafqazda siyasi hakimlər davam etdirdilər. Bu siyasətə, "Dini mədəni formada aşağılama yaxud sixma-boğma" adı vermək olar. Həm 21-ci əsri həm də Qafqaza hakim atmosferi nəzərə diqqət etsək bu siyasətin ömrünün sona yetdiyini görmüş olacağıq.
Onu da qeyd edək ki Çar Rusyasının varisi bu günkü Rusya federasiyasıdır, orada isə indiki durum tam fərqlidir.Hər əqidənin və məzhəbim öz müstəqil qurumları var. Yəni bugün ayıq müsəlman icmalarının təşəbbüsü ilə Rusyanın şərtləri də dəyişibdir.
Biz isə ölkə olaraq Avroppaya gedirik və onların qarşısında dini və milli azlıqlara görə  öhdəliklər götürmüşük. Avropada isə dini durum tamam fərqlidir, tam olaraq din azadlığı,hər əqidənin, məzhəbin özünün  ibadət ocağı və müstəqil təşkilatları var.
2.0nlar Gürcüstanda fəaliyyət göstərən İctimai hüquqlu Müsəlman təşkilatlarının sünni və ya şiə olaraq qeydiyyatdan keçmədiyini iddia edirlər. Amma biz Gürcüstanda ilk dəfə olaraq İctimai (Reestir kodu- 426521436) Reestirdə yenidən qeydiyytadan keçərək 07 aprel 2016 cı il tarixdə  “İHHŞ Umum Gürcüstan Müsəlmanları Ali Dini idarəsi”(UGMADİ) olaraq Şiə adı və nizamnaməsi ilə qeydiyyatdan keçdiyimizi bildiririk və onuda əlavə edirik ki, yeni nizamnamədə idarənin rəhbəri  sədr və şeyx kimi rəsmən qəbul olunubdur, mənası odur ki şeyxi və sədri eyni adamdır. Buda o deməkdir ki, din və məzhəbimizin tələbi əsasında biz özmüz seçib və özmüz çıxarda bilirik. Amma sizdə (BGMİ) hələ də bilinmir ki idarənizin əsil  böyüyü, kiçiyi kimdir və təyinatların əmri hardan gəlir.?
3. Onlar iddia edirlər ki, Gürcüstanda Şiə Müsəlmanları yalnız etnik olaraq Azərbaycanlı olduğu üçün və etniki Azərbaycanlıların bir hissəsi də Sünni olduğu üçün biz sünninin və şiənin qanunla haqqını tanısaq, onda bir milləti iki yerə bölmüş olacağıq.
Biz bunlara deyirik:
Əvvəla şiə azərilər sünni azərilərlə müqayisədə dominantlıq təşkil edirlər. Ikincisi biz bölmürük deyirik resmən hüquqi yolla  tanıyın və bölməyi biz yox siz edibsiniz, bir idarədə iki müftülük yaratmaq buna bariz nümunədir. Tarixdə isə həmişə şiələr birinci olublar sünnülər isə muavin müfti səviyyəsində olublar,indiyənə kimi  ictimayyət bilmir ki, kimdir o idarədə böyük, qərb müftüsümü, şeyxmi, şərq müftüsümü və yoxsa icraçı direktorumu? Üçüncüsü də bir milləti dini baxımdan iki yerə ayırmaq reallıqda onları iki yerı bölməyə gətirib çıxarırsa, niyə o zaman siz baş nazirin 27 yanvar 2014 cü il tarixli  117 nömrəli qərarda gürcü katoliklərini rəsmi tanıyanda gürcüləri millət olaraq iki yerə böldünüz.? Onda bunun fəsadlarını niyə düşünmədiniz? Gürcüstanda yaşayan çoxluq olan pravoslav inanclılar da, azlıq olan katolik inanclılar da hər ikisi etnik olaraq gürcüdürlər. Başqa xiristiyan  azlıqalrın hamsıda öz məzhəblərinin adı ilə qeyd ediliblər və bunların çoxunu da  Gürcü mənşəli insanlar təmsil edirlər.
Son dini statiska.
Sakstat (Gürcüstanın statistikasi) əhalinin ümumi qeydiyyatının dəqiqləşdirilmiş nəticələrini təqdim etdi. Nəticələrdən Gürcüstan əhalisinin 3 713 804 insandan ibarət olması məlum olur.İnancına görə Gürcüstan əhalisi belə bölünür:
Provoslav xristianlığı - 3 milyon insan, 83.4%,
Müsəlman - 398 min insan, 10.7%,
Erməni həvari kilsəsi - 109 min insan, 2.9%, 
Katolik xristianlığı - 19.2 min insan, 0.5%
Yehiva şahidi - 12.4 min insan, 0.3%,
Yezidi - 8.6 min insan, 0.2%,
Protestant - 2.5 min insan, 0.1%,
Yəhudi - 1.4 min insan, 0.0%,
Digər - 1.4 min insan, 0.0%,
Heç biri- 19.1 min insan, 0.5%,
Cavabdan imtina - 9.6 min insan, 0.3%,
Göstərilməyib - 34 min insan, 0.9%
Bunların əksəriyyətidə Həzrəti İsanın davamçıları sayılırlar və bu məzhəbin nümayəndələri çoxu da gürcülərdəndir . Müsəlmanları islam kəlməsi altında topladığınız kimi, onları da "xristiyan" kəlməsi altında toplayardınız. Bununla da məzhəbindən asılı olmayaraq xristian dininə mənsub bütün şəxslərə şamil edilərdi. Yəni ayrılıqda məzhəbi və məzhəb davamçılarının haqqını tanımaq pis işdirsə, onda niyə bunu xristiyanlar haqqında etdiniz? Xeyir əgər yaxşı işdirsə, niyə müsəlmanlar üçün də etməyəsəniz? Siyasi maraqlardan doğrulan atmosfer və dalğa yaratmaları kənara qoysaq hər hansı bir sünni və yaxud şiədən soruşulsa ki, sən məzhəbinin qanunla tanınmasına razısanmı? Biz düşünümürük məzhəbinə can yandıran hər hansı bir şəxs, buna yox deyə. Əksinə sağlam fikirli insanlar nəinki burada hansısa bir qəbahətin olmadığını görəcəklər, həmdə bir çox fayda görüb bu sualın cavabında yekdilliklə "bəli" deyəcəklər. çünki Hansısa məzhəbin hüququnu qanunla tanımaq, milli birliyə xələl yetirmək anlamında deyil. Siz də bunu, gürcüləri pravoslav, katolik və başqa məzhəblərə bölməklə təsdiqlədiniz.
4. onlar iddia edirlər ki:

a) Hansısa bir ölkədə müsəlman təşkilatları sünni və şiə kimi ayrı-ayrılıqda yoxdur.

b) Məhz buna görə də Gürcüstanda bunların hüquqları ayr-ayrılıqda tanınsa, o zaman həmin məsələ dini zəmində fitnənin və qarşıdurmanın yaranmasına səbəb olacaq. 

c) Onlar buna, Yaxın Şərqdə iki İslam məzhəbi arasında qarşı durmanı misal gətiriblər.
Biz bunlara deyirik ki, məsələ nəinki deyilənlər kimi deyil həm də bunların tam əksidir.

1) Biz "hansısa bir ölkədə müsəlman təşkilatları Sünni və Şiə kimi ayrı-ayrılıqda yoxdur" iddiasının doğru olmadığını aşkarlamaq üçün bir misal islam ölkələrindən gətirəcəyik digir birini də mərkəzi avropa dövlətlərindən və bu iki misalla kifayətlənəcəyik. Türkiyə və Avstriya.
Türkiyə:
Uzun illər Türkiyə hökuməti öz müxtəlif siyasi dəlilləri əsasında oradakı Ələvilərin haqqını tanımaqdan imtina etdi. Amma sonda onların siyasi dəlilləri bəhanələrdən ibarət olduğu üçün, keçərsiz oldu və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə Türkiyə hökuməti Ələvilərin hüquqlarını tanımağa məhkum edildi.
Avstriya:
Mərkəzi Avropa dövlətlərindən olan Avstriya, Sünni məzhəbi ilə yanaşı 12 İmamçı Şiə məzhəbini də rəsmi şəkildə ayrılıqda qanunla tanıyıb. Bunun sayəsində vətəndaş hüquqları baxımından Əhli-Beyt məzhəbinin davamçılarının Avstriyada digər dinlərin və məzhəblərin davamçılarından heç bir fərqi yoxdur. Orada Şiələrin digər dinlərin və məzhəblərin davamçıları, xüsusi olaraq da Sünnilərlə səmimi və sıx həmkarlığını müşahidə edirik.
2) Onlar iddia edirlər ki," Gürcüstanda şiənin və sünninin hüquqları ayr-ayrılıqda tanınsa, o zaman həmin məsələ dini zəmində fitnənin və qarşıdurmanın yaranmasına səbəb olacaq ". amma biz Avstriyada bunun tam əksini görürük. Belə ki, bunların arasında nəkinki təkcə fitnə yaranmayıb həm də dostluq və qardaşlıq bağları daha da möhkəmlənib.
3) Yaxın şərqdəki toqquşmalara gəldikdə isə hamı bilir ki yaxın şərqədəki fitnənin səbəbi hansısa məzhəbin hüququnu qanunla tanımaq deyil. Səbəb təkfirçilik (məzhəbi inanaca əsasən digərlərini dindən xaric bilmək) yəni vəhabi ilə istər sünni istərsə də şiə olan digər müsəlmanların qarşıdurmasıdır və Allaha çox şükür ki, bu təkfirçilik əqidəsi nə Şiələrdə yoxdur nə də Sünnilərdə. Bu yalnız Vəhabilərdədir və dini məlumata malik insanlardan bunu bilməyən yoxdur. Ikincisi beynəlxalq aləmdə baş verən hadisələrdən xəbərdar insanların hamısı  bunu bilir ki, yaxın şərqdə müşahidə olunan fitnələrin arxasında hansısa məzhəbin davamçılarının hüququnu qanunla tanımaq deyil, məhz siyasi amillər dayanır...!

İHHŞ Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin mətbuat xidməti

Bənzər Olanlar