Paylaş
Facebook Twitter Google+

Mirtağı Əsədov: Biz yenə öz tələblərimizi xatırladırıq.

Muslims in Georgia

2016-02-08 12:23:16 1453 Manşet
Ü.G.M.A.D.İ -nin sədri Mirtağı Əsədov rəsmi Facebook səhifəsində, Gürcüstandakı məscid problemlərindən yazıb və aydiyyatı orqanları, şəxsləri tənqid edib. 08.02.2016 Tarixində yerləşdirilən yazını olduğu kimi sizə təqdim edirik.

"Mən Gürcüstan dövlətinin tam hüquqlu vətəndaşı olaraq,mənə verilən bu hüquqdan istifadə edərək,Gürcüstanın baş naziri və Gürcüstan parlamentindən tələb edirəm ki öz vətəndaşlarına hörmət və qayğı ilə davransınlar. Biz Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ) olaraq dəfələrlə dövlət rəhbərlərinə və aydiyyatı orqanlara məktub yazmış və tələb etmişik ki, tapdalanan haqqlarımıza göz yumulmasın.Bu çağırışlara məhəl qoyulmasa da biz haqqımızı tələb etməkdən əl çəkməyəcik. Gürcüstanda müsəlman olaraq tariximiz qədim zamanlara, İslamın ilkin dövrlərinə,bir xalq olaraq da İslamdan çox əvvələ bağlanır. Bizim bu torpaqlarda köklü bağlarımızın olması danılmaz faktdır. Müsəlman xalq yaşadığı yerdə ibadət yerləri, məscidlər və elmi,dini mərkızlərin də olması normal hal olsa da ancaq çox acınacaqlıdır ki Gürcüstan dövlətində cəmi iki-üç məscidə rəsmi məscid statusu verilib.Bizlər bu məsələ ilə bağlı dəfələrlə söhbət açmış,muzakirələr etmiş və toplantılar keçirtmişik. Təssüflər olsun bəzi müsəlmanlarmız və hökumətin nümayəndələri həll etməli olduqları məsələni ciddiyə almayaraq, haldan-hala salaraq mövcud vəziyyəti davam etdirirlər. Bizim ata-babalarımız öz ailəsinin çörəyindən kəsib, müxtəlif əziyyət və çətinliklə məscidlər tikmiş və bu məscidləri qoruyaraq bugünümüzə çatdırmışlar.Ancaq yaxın keçmişdə bu məscidlərin əksəriyəti, hüquqi sənədi olmaması bəhanəsi ilə sahibsiz mülk kimi İqtisadiyyat nazirliyinin balansına keçirilmişdir. Sonradan isə Zaza Vaşaqmadzenin rəhbərliyi altında dini agentliyin vasitəsi ilə qondarma Bütün Gürcüstan Müsəlmanları İdarəsinə (BGMİ) verilmişdir. Biz bunu dəfələrlə demişik məscidlər xalqındır və xalqın da qalmalıdır! Bunu heç bir qüvvə dəyişdirməyə cəhd etməməlidir.Dövlət məsələyə həll yolu tapmaq istəyirsə yuxarıda qeyd etdiyim kimi öz vətəndaşlarının dininə dini atributlarına,ibadət evlərinə hörmətlə yanaşsın,din, haqq- huquqlarmız Konstitusiyon formada qəbul edilsin və bizim Tolerant bir ölkədə yaşadığımız sözdə deyil, həyat tərzimizdə hiss olunsun. Məsul şəxslər bilsin ki indi nə 90-cı illər deyil, nə vətənimiz o illərdə deyil nə də xalq 90-cı illərdəki xalq deyil.İnsanlar ayıqdır. Üç-beş nəfər xainin əli ilə qurulan hiylələr bu millətə açıq aşkar görsənməkdədir. Keçən aylarda da yalan və hiylənin bariz nümunəsini gördük. Dövlərin təhlükəsizliyi tərəfindən təsis edilmiş B.G.M.İ-nin hesabatında həmən idarənin, sifarişlə təyin olunmuş şeyxi Ramin İgidov müsəlman topluma yalan deyərək qeyd etdi ki, səksən məscidimiz qeydiyyatdan keçibdir. Əslində elə bir şey yoxdur, sadəcə o "sahibsiz mülklər" Tiflis Cümə məscidinin balansına salınıb və mövcud problemi ört-bas etməyə çalışıblar. Halbu ki bir ruhani və ya din xadiminin birinci işi xalqına doğrunu və həqiqəti deməsidir. Təhlükəsizliyin sifarişi ilə şeyx postunda oturan R.İgidovun belə yalan danışmasını normal hal saysaq da ətrafındakı inanclı ruhanilərin buna susmasını normal qarşılaya bilmərik. Biz yenədə öz tələblərmizi xatirladırıq ki, bütün məscidlər kimdən və ya hər hansı qeyri müəyyən təşkilat və qurumdan aslı yox azad stauslu olsun. Demokratik ölkələrdə olduğu kimi məscid idarəçiləri könüllü şəkildə hansı idarə və təşkilatla işləmək seçimində azad olsun. Mümkündür ki gürcü rəhbərlikləri bilməyə, lakin siz bilirsiniz və onlara da bildirin ki Hüseynçilər diyarında hiylə-kələklə məqsədə çatmağınıza əvvəl Allah sonra Hüseynçilər icazə verməyəcək.
Mirtağı Əsədov".

Bənzər Olanlar