Paylaş
Facebook Twitter Google+

ÜGMADİ-nin hesabatı 2-ci hissə

Muslims in Georgia

2016-05-11 19:50:48 3842 Manşet

 

ÜMUM GÜRCÜSTAN MÜSƏLMANLARI ALİ DİNİN İDARƏSİNİN GÜRCÜSTANDAKI DINI AZLIQLARIN SON BEŞ İLDƏ VƏZİYYƏTİNƏ DAİR HESABATI

2-ci hissə

Qanunvericiliyin və qanun icrasının təhlili

1.2014- cü ildə dövlət Gürcüstanın insan hüquqularının müdafiəsi strategiyasını və fəaliyyət planını qəbul etdi, hansıki plana daxil məsələlərdən biri inam və əqidə azalığı və dini azlıqların hüquqlarının qorunması sahəsində həyata keçirilməsi gərəkən tədbirlərə aiddir. həmin dövrdə İHHŞ Dini Məsələlər üzrə Dövlət Agentliyi yaradıldı, ikinci tərəfdən isə, sovet ittifaqı dövründə dəymiş ziyanın qismən ödənməsi üçün dörd dini birliyə maliyyə ayrıldı. Bu 2014-cü il yanvarın 27-nə qədər hüquqi şəxs kimi qeydə alınmış islam, yəhudi, roma-katolik, və erməni apostol inamlı dini birliklərə şamil edildi. Amma bunlara baxmayaraq ümumilikdə Gürcüstanda istər milli qanunvericilik yönündən, istərsə də siyasi reallıqların təhlili baxımından məsələni araşdıranda görürük ki, burada vicdan azadlığı və dini azlıqların hüquqlarının təmin olunması sahəsində vəziyyət arzu olunan səviyyədə deyil. Gürcüstanın 1995-ci ildə qəbul olunan Konstitusiyasına (maddə 9) əsasən, dövlət, Pravoslav kilsəsinin Gürcüstan tarixindəki müstəsna rolunu qəbul edir. Eyni zamanda kilsənin dövlətdən asılı olmadığını və tam olaraq məzhəb azadlığının təmin edildiyini bəyan edir.

2. Postsovet məkanında Gürcüstan din, yaxud dini icmalar haqqında qanunun qəbul edilmədiyi yeganə ölkədir. elə bu üzdən də dini icmalar əsaslı problemlər yaşamaqdadır. Biz bu problemlərin bir hissəsinə qabaqda toxunacağıq.

3. 14 oktyabr 2002-ci ildə “Gürcüstan dövləti və Gürcüstan Apostol Avtokefal Pravoslav Kilsəsi arasında konstitusiya müqaviləsi” - Konkordat imzalanıb. Bu müqavilənin imzalanmasına hazırlıqla əlaqədar olaraq Parlament “GürcüstanKonstitusiyasına əlavə dəyişikliklər haqqında” Qanunu qəbul etmişdir. Buna uyğun olaraq, Konstitusiyanın 9-cu maddəsinə Pravoslav kilsəsinin xüsusi statusunu tənzimləməyi nəzərdə tutan 2-ci hissə əlavə olunmuşdur. Həmin Konkordatın bütün müsbət cəhətləri və dövlətin konkret bir dini icmaya münasibətinə baxmayaraq, qeyd etmək lazımdır ki, azlıqların təmsil olunduğu digər dini icmalar həmin Konkordatı və ya dövlətlə dini icma arasında münasibətləri tənzimləyən hər hansı başqa sənədi imzalamayıblar. Belə vəziyyət dövlət və dini azlıqlar arasında münasibətlərə nisbətdə dövlət və dominant din arasında bir sıra neytirallıqadn kənar və qeyri-bərabər münasibətlər formalaşdırır. həmin qeyri-bərabər hüquqların bəzilərini sadalayırıq:

1) dövlət və kilsənin müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlərin reallaşdırılması məqsədilə müvafiq aktlar bağlamaq hüququ var. Amma müsəlmanlara gəldkdə münasibətlər qeyi-bərabərlik formasında tənzimlənir.

2) kilsənin xüsusi və digər mülkiyyət hüquqları qanunla qorunur. Onun xüsusi mülkiyyətinə istənilən mülkün daxil edilməsi gürcüstan qanunvericiliyi ilə qadağan olunmayıb. Amma müsəlman icmasının mülklərinin və məscidlərinin durumuna gəldikdə, bunların taleyi məlum deyil və məscidlr reistirdə qeydiyyatdan keçsə də onlara heç bir rəsmi status verilmir. Gürcüstanda 250- dən artıq məscid fəaliyyət göstərir. Bunların böyük əksəriyyəti istifadəyə yararsiz mülk olaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2011-ci ildən dövlət mülkiyyətinə daxil edilmişdi. Dini Məsələlər üzrə Dövlət Agentliyi 2015-ci ildəki fəaliyyəti haqqındakı hesabatında, məscidlərin bir hissəsinin dövlət qeydiyatından keçib müsəlmanlara qaytarıldığı iddia edilsə də, məsələ həqiqətdə söylənildiyi kimi deyil. Belə ki, həmin məscidləri dövlət 49 il müddətinə öz məmurlarının təsisçiliyi ilə yaratdığı və qanunsuz olaraq tərəfini tutduğu “İHHŞ Bütöv Gürcüstan Müsəlmanarı İdarəsi”-inin ixtiyarına verib. Buna isə məscidlərin sənədləşdirilməsi və müsəlmanların ixtiyarına verilməsi adı qoyub.

3) kilsədə istehsal olunan və ibadətəd istifadə olunan əşyaların hazırlanması, daşınması, çatdırılması və ianələr eləcə də iqtisadi məqsədlərlə istifadə olunmayan kilsəyə məxsus mülkiyyət və torpaq vergilərdən azaddır. Həmin hallar müsəlman icmalarına aid deyl. Ümumilikdə vergi bərabərsizliyi pravoslav kilsəsi ilə digər dini azlıqlar arasında hakimdir. Hansı ki, bu Gürcüstan konstitusiyasının 14-cü maddəsi ilə uyğun gəlmir. Elə buna görə də yəni pravoslav kilsəsindən fərqli olaraq başqa dini icmalara əlavə dəyər, gəlir və əmlak vergisi ödəməkdə öhdəlik qoyulduğu üçün 8 dini təşkilat, dini azlıqları vergi sahəsində ayrı-seçkilik diskriminasia vəziyyətinə salan normalarla bağlı, Gürcüstanın kontitusiya məhkəməsinə şikayət ərizəsi ilə müraciət etdi. Həmin ərizəni imzalayan dini təşkilatlar bunlardan ibarətdir: 1. Latın katoliklərinin qafqaz üzrə apostol administrasiyası 2. Gürcütanın Evenqelist-baptist Kilsəsi 3. Gürcüstan müsəlmanlar birliyi 4. Gürcüstanın Saxareba (İncil) inancı kilsəsi 5. Gürcüstanın Həyat-Söz kilsəsi 6. Müqəddəs üçlük kilsəsi 7. İsa kilsəsi 8. Yeddinci günün Xristian-Adventist kilsəsi. Qeyd edək ki, konstitusiya məhkəməində adıçəkilən təşkilatalrı Tiflis azad Universiteti və Tolerantlıq və Rəngarənglik İnstitutu (TDİ) təmsil edir.

4) dövlət kilsənin razılığı ilə rəsmi kilsə terminlərini və simvollarını istifadə etməyə, həmçinin ibadət zamanı istifadə olunan məhsulların istehsalına, daşınmasına icazə, yaxud lisenziya verir. Amma müsəlman icamsının bu sahədəki fəaliyyətlərini tənzimləyən bir norma yoxdur.

5) Hökumət kilsənin Gürcüstan ərazisindəki bütün mülkiyyətini￾pravoslav məbədlərini, monastırlar (fəaliyyət göstərən və göstərməyən), xarabalıqlarını, eləcə də onların yerləşdikləri torpaq sahələrini tanıyır. Amma həmin məsələdə müsəlman icamsına gəldikdə isə İHHŞ kimi 4təşkilatın qeydiyyatdan keçməsinə baxmayaraq Gürcüstan ərazisində yerləşən məscidləri, ibadət evlərini və digər mülikyyəti, Öz məmurlarının təsis etdiyi “İHHŞ Bütöv Gürcüstan Müsəlmanarı İdarəsi”-nin balansına verir.

6) dövlət tövbə kilsə sirrini qoruyur. Din xadimi ona mənəvi keşiş kimi etibar edilən və ya din xadimi kimi ona məlum olan məlumatı heç kəsə bildirməməyə borcludur. Məslənin müsəlman ruhanisinə aid olduğu halda vəziyyətin necəliyi qaranlıqdır.

7) dövlət qnunvericiliklə nizamlanan qaydada kilsədə kəsilən nikahı tanıyır. Hüquqi münasibətlərdə həmin nikah dövlət qeydiyyatına alınmış sənəd kimi istifadə olunur. Dövlə müsəlmanların dini nikahı olan “kəbini” qəbul etmir. 4. İHHŞ kimi 4 müsəlman təşkilatının qeydiyyatdan keçdiyi bir halda dövlət öz 117 nömrəli qərarını ədalətli şəkildə həyata keçirmək istəmədi. Belə ki, bizə “İHHŞ Dini Məsələlər üzrə Dövlət Agentliyi” tərəfindən 31 oktyabr 2014 cü ildə N1/531 məktub gəldi ki, müsəlman icmasına aid İHHŞ hüquqlu idarələrdən təmsilçilik şurası yaradılsın. Biz isə 04 noyabr 2014 tarixində buna cavab olaraq razılığımızı bildirdik. razılıq cavabına baxmayaraq nəzərə alınmadıq. Belə ki, dövlət bu sahəyə heç aidiyyəti olmayan şəxslərin başqa sözlə öz məmurlarının təsisiçiliyi ilə 08.08. 2011 tarixində təkrar qeydiyyatdan keçirdiyi “İHHŞ Bütöv Gürcüstan Müsəlmanarı İdarəsi”-nin qeyri qanuni olaraq tərəfini tutdu. Hansı ki, dövlət həmin məsələdə digər dini azlıqların işinə qarışmayıb. Biz də bir neçə dəfə olaraq “İHHŞ Dini Məsələlər üzrə Dövlət Agentliyi”-nə etiraz məktubu yazdıq. Məktublarımız cavabsız qaldığı üçün “İHHŞ Umum Gürcüstan Müsəlmanları Ali Dini idarəsi” olaraq qanunun aliliyinə inanıb məsələni .məhkəmyə şikayət etdik. 31 Mart 2015-ci ildə məhkəmə davam edir 5. Baş Nazirin117 nömrəli qərarında provaslav kilsəsi, roma-katolik kilsəsi, və erməni apostol kilsəsi xristiyan dininə mənsub olduqlarına baxmayaraqayrılıqda bir-bir vurğulanıblar, amma gürcüstanda həmişə islam dininə mənsub iki ənənəvi sünni və on iki imamçı şiə məzhəblərinin olduğuna baxmayaraq ayrı-ayrılıqda deyil, “islam” termini altında birlikdə gətiriliblər. Biz UGMADİ olaraq bunun zərərlərini nəzərə alıb həmin məsələnin islah olunması ünvanı ilə prezidentə, Baş nazırə və parlamentə məktub ünvanladıq, Amma buna .baxmayaraq həmin məsələ həllolunmamış qaldı.

...Davamı var

Bənzər Olanlar