Paylaş
Facebook Twitter Google+

Təkfirans yoxsa Renessans?!

Elvir Həsənov

2015-06-28 11:21:31 6358 Manşet














Təkfirans yoxsa Renessans?! Mən şəxslər haqqında bir şey yazmayacam, çünki bu günlərdə məntəqəmizdə yeni böhran açmış yeniyetmə “la şey”-lər özlərini “bir şey” zənn etməsinlər. Sadəcə "renessans" adından yalnış istifadə edildiyini gördüyüm üçün istədim qısada olsa bir neçə mətləbi qeyd edim. İntibah və ya renessans, Orta Çağ və Reformasiya arasındakı tarixi dövrü kimi başa düşülür. 15-16-cı əsrlərdə İtalyada sənət, elm, fəlsəfə və memarlıq arasında bağın təkrar qurulmasını təmin edən, Antik Yunan filosof və elm adamlarının işlərinin tərcümə yolu ilə alındığı, təcrübi düşüncənin canlandığı, insan həyatı (humanizm) üzərinə yoğunlaşıldığı və radikal dəyişikliklərin yaşandığı dövrdür. Bu dövr uzun zamandır geriyə düşmüş olan Avropanın ticarət və coğrafi kəşflərlə yüksəlişinin qabaqcılı olmuşdur. Yenidən doğuş iki məna daşıyır: birincisi antik klassik mətnlərin təkrar kəşfi və təhsili, Ikincisi isə bu intellektual fəaliyyətlərin nəticələrinin avropalılıq mədəniyyətini ümumiyyətlə gücləndirməsidir. İntibah dövrünün yaradıcılığının əsas hərəkətverici gücü tacirlər idi. Bunlar ən qazanclı ticarətin hansı sahədə olduğunu araşdırdılar və bu yoldan təmin etdikləri zənginlikləri sənət və sənaye yeniliklərini yatırdılar. Renessansın səbəblərinə diqqət eləsək görərik ki, bu günki “təkfiransçılar”-ın təhqir elədikləri müsəlmanların əsərlərini tərcümə edib yayımlamaq, xaç yürüyüşlərində yeni istehsal və sənaye texnikaların, Əndülüs əməvilərindən astronomiya, dövlət-vətəndaş əlaqəsi, hüquqi və ictimai münasibətlər, memarlıq, incəsənət, elmi məlumat və üsullar kimi mövzuların öyrənilməsi olmuşdur. P. S. Bütün bunları yazmaqda məqsəd renessans adından düzgün istəfadə olunmasını tələb etməkdir. Çünki bu gün bəziləri tərəfindən yazılan yazılar renessansçılıq yox təkfiransçlıqdır.
Elvir HƏSƏNOV
ÖNCƏKİ YAZI

Bənzər Olanlar