Paylaş
Facebook Twitter Google+

Ü.G.M.A.D.İ-nin sədri Daxili İşlər Nazirliyini, Sərhəd Polisini və Gəlirlər xidmətini məhkəməyə şikayət edib.

Muslims in Georgia

2017-06-07 23:11:08 3949 Manşet

 

 

İddia olunur ki Gürcüstan hakimiyyətinin bəzi qurumları aktiv inanclı şəxslərə süni problemlər yaradır və narahatçılığını pozur. Bu səbəblə Ü.G.M.A.D.İ-nin sədri Mirtağı Əsədov məhkəməyə müraciət edib. Cənab Mirtağı Əsədov bunu öz rəsmi "Facebook" səhifəsində paylaşıb. Yazını olduğu kimi qeyd edirik.

Bu gün Tiflis şəhər məhkəməsində Gürcüstanın Daxili İşlər Nazirliyini (DİN), Gəlirlər Xidmətini və Sərhəd Polisini diskriminasiya ilə əlaqədar məhkəməyə verdim.
Məhkəmədə qaldırdığımız iddialar dini və şəxsi zəmində mənə qarşı olan diskriminasiya ilə əlaqədardır. Belə ki ölkəyə giriş-çıxış etdikdə bilinməyən səbəblərdən dolayı məni bir saata yaxın sərhəddə saxlayırlar və yalnız hansısa naməlum yerlərdən zəng vurulub, icazə verildikdən sonra məni ölkəyə buraxırlar. Sənədimi qaytarıb giriş icazəsi verirlər.Bundan sonra isə başqa bir şəxs qabağımı kəsərək otağa aparır orda isə tamam üst-başımı yoxlamadan keçirəndən sonra buraxırlar. Bunu özümə qarşı diskriminasiya və təhqir hesab edirəm.
Bir müsəlman və etnik azlıq olaraq Gürcüstan Daxili İşlər Nazirliyinə məktub ünvanladım üstündən bir ay keçməsinə baxmayaraq hələdə cavab verməyiblər. Bu və bu kimi halların bir daha baş verməməsi və aradan qaldırılması üçün ədalət məhkəməsindən haqlarımın qorunmasını tələb edirəm.
Bunların hamısını mənə qarşı Dini və milli haqqlarımızı aktiv formada müxtəlif quruluş və qurumların qarşısında qaldırdığım və tələb etdiyimə görə edirlər,görünən odur ki, kimlərinsə planlarını pozmuşuq və məqsədlərinə çata bilməyiblər.Buna görədə bizi incitmək qərarına gəliblər,bizi belə şeylərlə qorxutmaq olmaz. Son nəfəsinmizə kim dini və milli haqlarımızı tələb edəcəyəm.
Haqqı vermirlər tələb edə-edə alırlar.

Mgeo.ge

Bənzər Olanlar