Paylaş
Facebook Twitter Google+

Novruz bayramının əməlləri

Yusif Əliyev

2015-03-19 12:11:36 3480 Manşet

İmam Sadiq (ə): And olsun Məkkədəki o qədim evə, bu günün qədim kökü var... Novruz Allah taalanın bəndələrdən Ona ibadət etmələrinə və heç nəyi Ona şərik qoşmayacaqlarına, elçilərinə, hüccətlərinə və imamlara (ə) iman gətirəcəklərinə vədə aldığı bir gündür. Novruz günəşin doğduğu ilk gündür... Elə bir Novruz yoxdur ki, biz onda fərəcin olacağını gözləməyək. Çünki Novruz bizim və şiələrimizin günlərindəndir...

İl təhvil olan vaxt:

1. 366 dəfə Yəə muhavviləl havlu vəl əhvəəl, havvil haalənəə iləə əhsənil haal desəniz 50 illik günahlarınız bağışlanar.

2. Çoxlu deyin: Yəə zəl cələəli vəl ikraam

Novruz axşamı:

3. Məğrib və İşa namazlarını və onların nafilələrini qıldıqdan sonra 4 rəkət (2 dəfə 2 rəkət) Novruz namazı qılmaq. 1-ci namazın 1-ci rəkətində “1-Fatihə” və 10 dəfə “97-Qədr”, 2-ci rəkətdə “1-Fatihə” və 10 dəfə “109-Kafirun” surələri oxunur. 2-ci namazın 1-ci rəkətində “1-Fatihə” və 10 dəfə “112-İxlas”, 2-ci rəkətdə “1-Fatihə”, 10 dəfə “113-Fələq” və 10 dəfə “114-Nas” surələri oxunur. Namazın salamından sonra deyin:
Əllaahumə salli ”aləə Muhammədin və əəli Muhammədinil əvsıyəə’il mərzıyyiin, və ”aləə cəmii”i ənbiyəə’ikə və rusulikə bi’əfzali saləvəətik, və bəərik ”aleyhim bi’əfzali bərakəətik, və salli ”aləə ərvəəhihim və əcsəədihim. Allaahummə bəərik ”aləə Muhammədin və əəli Muhamməd, və bəərik lənəə fii yəvminəə həəzəlləzii fazzaltəhuu və kərramtəh, və şərraftəhuu və ”azzamtə xatarah. Allaahummə bəərik lii fiiməə ən”amtə bihii ”aleyyə hattəə ləə əşkura əhadən ğayrak, və vəssi” ”aleyyə fii rizqii yəə zəl cələəli vəl ikraam. Allaahummə məə ğaabə ”annii fələə yəğiibənnə ”annii ”avnukə və hifzuk, və məə faqadtu min şey’in fələə tufqidnii ”avnəkə ”aleyh, hattəə ləə ətəkəlləfə məə ləə əhtəəcu ileyhi yəə zəl cələəli vəl ikraam.

Allahım, Məhəmməd və Ali-Məhəmmədə öz salamını göndər. Bütün nəbilərinə və rəsullarına ən gözəl salam və bərəkərini ver, onlların ruhlarına və cəsədlərinə öz salamatlığını ver. Allahım, bu günümüzdə Muhəmməd və Ali-Muhəmmədə və bizə öz bərəkətini əta et. Hansı ki, bu günü fəzilətli, kəramətli, şərafətli və əzəmətli etmisən, Allahım, məni nemət verdiyin şeylərdə bərəkətli et. Bil ki, Səndən başqasına sitayiş etmərəm, elə isə Öz nemətini mənim üçün artır, ey Cəlal və Kəramət sahibi. Allahım, mənim üçün gizli olanlara dözərəm, amma Sən köməyini məndən kəsmə. Allahım, itirdiyiklərimə dözərəm, amma Sən öz köməyini məndən kəsmə. Yoxsa ehtiyacım olmadığı halda, gərək olmadığı halda əziyyətə düşərəm.

Novruz günü:

4. Qüsl etmək.   

5. Təmiz paltarlar geyinmək.

6. Xoş iyli ətirlər vurmaq.

7. Oruc tutmaq.

Mgeo.ge 

Bənzər Olanlar