Paylaş
Facebook Twitter Google+

"Cümə namazı bəhanəsi ilə gəlmədilər."

Muslims in Georgia

2016-06-03 21:47:06 4327 Manşet

20.05.2016 və 01.06.2016 Tarixində dini idarələr arasında keçirilən məhkəmə prosesinə Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) sədri Mirtağı Əsədov açıqlama verdi. Saytımıza danışan ÜGMADİ-nin sədri qeyd etdi ki 20.05.2016 Tarixində keçirilən məhkəməyə qarşı tərəf Cümə namazını bəhanə edərək gəlmədilər. Maraqlı odur ki onlar Cümə namazını axşam saat 5 də qılırlar? 01.06.2016 Tarixində baş tutan növbəti məhkəməsən də Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) bəzi nümayəndələri boyun qaçırtdı. Prosesdə GMİ-nin İcraçı Direktoru Resan Qoqitidze iştirak edirdilər. Proses əsnasında bizim (ÜGMADİ-nin) vəkilimiz Nona xanımın kəsgin və məntiqli sualları qarşısında aciz qalan İdarə Direktoru Resan Qoqitidze yalnız "Mən böyüklərimdən icazəsiz heçnə danışa bilmərəm" cavabını verirdi. Resan bəyin "böyüklərim" dediyi şəxslərin kimliyi müəmmadır. Rəsmi olaraq özü idarənin böyüyüdür. Lakin hər kəsə məlumdur ki o idarənin ağaları, sahibləri din üzərində oyun quran və pərdə arxasında qalan şəxslərdir. Məhkəmənin hakimi sonda GMİ və Dini Agentliyin üzvlərinə xitabən buyurdu ki: "Siz yenədə yalan danışırsız. Yalanlarınızı saxlayın." Resan bəyə də "gələn dəfəki prosesə böyüklərinizi də götürüb gələrsiz" dedi. Qeyd edim ki növbəti məhkəmə prosesi 15.06.2016 Tarixində baş tutacaq. Qarşı tərəf (GMİ) artıq çoxdan haqsızlıqlarını anlayıb və uduzduqlarını başa düşüblər. Əllərindən gələn isə yalnız vaxtı uzatmaq, vaxt qazanmaqdır. Cümə namazı bəhanəsi ilə prosesdən yayınmaq bu hərəkətə üzür gətirməz. Siyasi, içtimayi anlam daşıyan Cümə namazı, içtimayi və mühim problemdən qaçmaq üçün bəhanə olmamalıdır. Lakin həmd olsun hər şey içtimaiyyətin,möminlərin və hüquq qarşısında şəffaf və göz önündədir. Onların uzatmaqla qazanc hesab etdikləri zaman əslində öz ziyanlarınadır. Zaman və tarix öz işini görür. Zaman-zaman onların bütün mənfur siyasətləri və riyakarlıqları həmçinin gizlətdikləri üzə çıxacaq. Onlara (GMİ) yenə deyirəm: Nə qədər gec deyil özünüzə qayıdın, Allah etdiklərinizi görür. Tövbə etməzsəniz Allah gördüklərini bütün cəmiyyətə göstərəck və Gürcüstandakı müsəlman tarixində adınız qara həriflərlə yazılacaq. Vəzifə, pul sizi aldatmasın, qorxmayın. Vicdanınıza qulaq asın. O vəzifə müvəqqətidir və o heç Sənin öz ixtiyarında da deyil. Hələ də bilmirsən nə zaman qovulacaqsan. Özündən və özünüzdən əvvəlkilərin aqibəti ilə aqibətinizin eyni olması qaçılmazdır.

Həzrət Əli (ə) buyrur: Xəyanətın ən böyüyü ümmətə olanı və hiylənin ən böyüyü də imama olndır."

Bənzər Olanlar