Paylaş
Facebook Twitter Google+

Gürcüstanda Fitr bayramı təntənəli formada qeyd edilib! FOTO-VIDEO

Muslims in Georgia

2017-06-30 22:33:31 1767 Manşet

Gürcüstanda Fitr bayramı təntənəli formada qeyd edilib!

Gürcüstan müsəlmanları Fitr bayramını təntənəli şəkildə qeyd ediblər.

Gürcüstan müsəlmanları 06.26.2017 tarixində, Müsəlmanların kompakt yaşadığı Marneuli şəhərinin mərkəzində Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsi və İmam Əli (ə) xeyriyyə fondunun təşkilatçılığı ilə Fitr bayramını keçən il olduğu kimi bu il də təmtəraqla qeyd ediblər.
Tədbir, dəvət olunmuş qonaqların və müxtəlif bölgələrdən təşrif buyurmuş müsəlmanların iştirakı ilə baş tutub.
Məclisə tanınmış filoloq doktor Oqtay Kazımov aparıcılığ edib. O, məclisə start vermək üçün dəyərli qari Rza Cəfərini Quran tilavəti üçün səhnəyə dəvət edib.
Sonra Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsinin sədri və şeyxi cənab Mirtağı Əsədov çıxışçı kimi səhnəyə dəvət edildi. O, öz çıcxışında
Dəyərli iştirakşıları və qonaqları salamlayaraq Fitr bayramının mahiyyətinə toxundu və bildirdi ki, “Fitr bayramı günü itaətkar bəndələrin Cənabi-Haqdan, sizin günahlarınızı bağışladım sözünü eşitdikləri gündür və həm də gözəl bəndələrin ibadət və itaət nəticəsində çəkdikləri zəhmət üçün, mükafatlandırıldıqları gündür.”
O, söhbətinin davamında bildirdi ki, “bu gün sevgini və sevinci qarışılıqlı olaraq, bölüşmək günüdür. məhz elə buna görə də biz xristianı və müsəlmanı ilə birgə bu məclisə toplaşdıq ki, öz sevincimizi bölüşməklə yanaşı, ölkəmizin tolerantlığını da bir daha dünya üçün sərgiləyək.”
Cənab Mirtağı Əsədov söhbətinin sonunda bütün dünya müsəlmanları, Gürcüstan müsəlmanları və məclis iştiarkçılarının bayramını səmimi qəlbdən təbrik edərək bayram günündə ölkəmizə və dünyamıza, sülh dolusu firavan yaşayış arzu etdi və bildirdi ki, “uca Allaha şükr edirəm ki, bu əzəmətli məclisi təşkil etməyi, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinə və İmam Əli Xeyriyyə fonduna nəsib etdi.
Mən bu əzəmətli məclisin təşkilində zəhməti keçən bütün qardaşlarıma dərin minntdarlığımı bildirirəm.”
Sonra söz çıxış üçün Roma-Katolik kilsəsinin kansleri cənab Akaki Çelideyə verildi. Cənab Çelidze öz çıxışında müsəlmanların Fitr bayramını təbrik edərək dinlərdə orucun özəlliyindən danışdı və bildirdi ki, oruc tutmaq insanı həm yaradana yaxınlaşdırar həm də yaranmışlara. O, bu məclisdə iştirak etdiyi üçün məmnun olduğunu bildirdi və onu məclisə dəvət edən şəxslərə təşəkür etdi.
Sonra çıxışçı kimi səhnəyə İmam Əli (ə) məscidinin axunudu və imamcüməsi kərbəlayi Hacı Hacıyev dəvət edildi. Hacı Hacıyev də öz növbəsində məclis iştirakçılarının bayramını təbrik etdi. O, öz çıxışında İmam Hüseyn (ə)-ın kərbəlasının böyüklüyünə toxunaraq bildirdi ki, bu gün xristian aləminin dahiləri də deyirlər ki, İslam dini, Kərbəlası və Hüseyni olduğu üçün heç vaxt köhnəlmir və həmişə təzəliyə malikdir.
Hacı Hacıyev sonra söhbətinin davamında dinlərdə xilaskarın gəlmə mövzusuna toxunaraq bildirdi ki, İslam dininin ikinci özəlliyi öz davamçılarında gələcəyə ümid aşılamasındadır. Beləki, müsəlmanlar dünyanı düzəldəck o xilaskarın yolunu gözləməkdədir.

Sonra dəyərli Quran qarisi və Əhli-Beyt (ə) məddahı Kərbəlayi Rza cəfəri könüllü xidmətlərinə görə hədiyyə ilə mükafatlandırılması üçün səhnəyə dəvət edildi. Hədiyyə hacı seyyid Mirismail Əsədovun vasitəsi ilə Kərbəlayi Rzaya təqdim edildi.

Sonra səhnəyə çıxış üçün Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyin müftüsü Ayvaz Mərdanov dəvət edildi. O da öz növbəsində məclis iştirakçılarının bayramalarını təbrik etdi və ölkəmiz Gürcüstn üçün xeyir dua verdi. O, öz söhbətinə Yunus Əmrənin “biz dünyadan gedər olduq, qalanlara salam olsun” şeiri ilə xitam verdi.

Məclis əsnasında azan oxunaraq Doktor hacı Farız rəcəboun imamlığı ilə camaat namazı təşkil edildi.

Sonda öz xeyir dualarını vermək üçün söz, İmam Əli (ə) xeyriyyə fondunun sədri Hacı Amil Xəlilova verildi. O da öz növbəsində bayarm iştirakçılarını təbrik etdi və məclisə təşrif gətirənlərə, ehsan edənlərə və məclisin təşkili üçün maddi və mənəvi dəstək olanlara təşəkkür etdi. O, söhbətinin sonunda Uca Allahdan məzlumların son ümidi olan xilaskarın tez gəlişini dilədi. Məclis, iştirakçıların təşviqi və Bakı Şəhərindən gəlmiş Əhli-Beyt qurupu və Səid həsənovun gözəl İlahiləri və nəğmələri ilə davam etdirildi. Sonda isə yüksək atəşfəşanlıqla tamamlandı.

 

 

 

 

 

Bənzər Olanlar