Paylaş
Facebook Twitter Google+

Ramal Musayev İlqar Altaya cavab verdi.

Muslims in Georgia

2016-10-17 21:32:12 1269 Manşet

 


Rəsmi "facebook" səhifəsində aşura mərasimini millətçiliyə təhlükə kimi göstərən İlqar Altaya Ü.G.M.A.D.İ-nin təsisçisi və idarə heyətinin üzvü Ramal Musayev cavab verdi.
Yazını olduğu kimi təqdim edirik.
Məhərrəm ayının gəlişi ilə İmam Hüseynə (ə) əza mərasimlərinin başlamasını görər-görməz bəziləri qələm götürüb tənqid edir, bəziləri təhqirə əl atır, bəziləri tək gözlə müşahidə etdiyini, analiz etmədən, araşdırmadan, bildi-bilmədi, qandı-qanmadı fikirlərini cəmiyyətə dürtməyə çalışır.
Bu "dürtənlərdən" biri də İlqar Altaydır.
İlqat Altayın öz "facebook" səhifəsində "SİYASİ NEO-ŞİƏLİK VƏ KEŞİŞLƏ HƏMRƏYLİK" adlı yazısı məni vadar etdi ki ona münasibət bildirim.
Gürcüstan hökumətinin Aşura mərasimlərinə maneyə yaratmaması, Məsihi dininə mənsub din xadiminin aşura məclisinə qoşulması, aşura məclislərinin Gürcü içtimaiyyətində hörmətlə qarşılanması İlqar Altay kimi çox kəsləri, narahat edir. Bu narahatçılığın əsil səbəbini qeyd etməmişdən əvvəl istərdim ki İlqar bəyin yazısına diqqət edək. O, yazısının əvvəlində
sual qoyur ki "Görmüsüzmü keşiş şaxsey-vaxsey vursun?" Bu cümlə lüğəti cəhətdən səhv olsa da məna cəhətdən müəllifin daha da savadsızlığından xəbər verir.
İlqar bəy və bu düşüncədə olanlar uzaq və yaxın tarixə nəzər etsələr, ədəbiyyatları araşdırsalar, birneçə tarixi mənbələrdə Vəhab adlı xristiyan bir gəncin İmam Hüseynin (ə) hərəkatına qoşulduğunu, dinindən və milliyyətindən aslı olmayaraq böyük şəxsiyyətlərin öz əsərlərində İmam Hüseyni (ə) hörmətlə yad etdiyini, hətta imamın şəhadətinə üzüldüklərini görərlər.
Hindistanın ilk prezidenti Rajendra Prasad, Professor Pyer Durtgi, Mahatma Qandi,
Astoin Bara, Şotland tarixçisi və yazarı Tomas Karleyl, Macar yazıçısı İqnaz Qoldziher, Çarles Dikens, İngilis yazarı
Edvard Qibbon, “Çin tarixi” əsərinin müəllifi Ceyms Korn,
Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı Rabindranat Taqor və s kimi şəxsiyyətlərin İmam Hüseyni (ə) sevməsi, onu örnək götürməsi və o həzrət (ə) barədə dediyi sözlər, başqa dinlər və millətlərə mənsub insanların İmama (ə) olan sevgisinin göstəricisidir. Hörmətli keşiş Doktor Malxaz Sonqulaşvili də açıq gözlü, savadlı bir şəxsdir ki yuxarıda adlarını çəkdiyim şəxsiyyətlər sırasındadır.
İlqar bəy yazısının davamında qeyd edir ki Şiəlik farslaşmaq, iranlılaşmaq, Türk milli kimlikdən uzaqlaşmaqdır. Təbii ki bu da savadsızcasına qərəzli şəkildə deyilən fikirdir. Bu millətin dahiləri, şiə əqidəsini yaşayıb-yaşatmaqla öz millətçiliyində qalan, dəyişməyən şəxslər olublar.
Nəsimi, Fizuli, Seyyyid Əzim Şirvani, Qasim bəy Zakir, Mirzə Ələkbər Sabir, Əbülhəsən Raci, Şəhriyar kimi dahilər Şiyə əqidəsi ilə yaşayıb,Əhli-Beyt məhəbbətindən ilham alıb, yazıb yaratmış, Aşura mərasimlərini lazımı qaydada keçirib və hətta İmama qəmli nohələr yazmışlar.
Lakin İlqar bəyin məntiqindən belə çıxır ki yuxarıda adını çəkdiyim dahilər şiə olduqları üçün türkçülükdən uzaqlaşıb farslaşlblar. Bu fikir təbii ki absurd və gülüncdür.
Yazısının davamında bu günün şiəliyini natural, klassik şiəlik olmadığını deyir və sübut olaraq isə "Fikir versəniz birçoxu içtimayi siyasi proseslərdə politoloqluq edir dinden siyasətə siyasətdən dinə ustalıqla keçir.Əvvəl belə şey yox idi" bu fikiri yazıb. Yəni şiənin siyasətlə məşğul olması 79-cu ildən sonra yaranıb və əsil şiəlik olmadığını iddia edir. Lakin həqiqəti varmı? Əlbətdə yox. İlqar bəy şiəlikdən bixəbər olduğu üçün bu fikri qələmə alır.
Şiə tarixinə nəzər salsaz görərsiz ki şiələr heçbir zaman sekulyarizimlə razılaşmayıb. Yolunu getdiyimiz İmamlarımızın (ə) həyatı, Babamız Şah İsmayılın tarixi, Azərbaycan cümhuriyyətinin qurucusu Şiə əqidəli, Məhəmməd Əmin Rəsulzadənin həyatı və İmam Hüseyn(ə) barədə dediyi sözlər İlqar bəyin dediyinin əksini deyir. Gürcüstandakı Aşura məclislərinə də qəlbində İmam Hüseyn(ə) sevgisi olan, politoloq da, müəllim də, fəhlə də, polis də və s. peşə və ixtisasa sahib insanlar məmnuniyyətlə qoşulur.
Yazısının davamında Aşura mərasimlərinin, dindarlığın təhlükə olduğunu qeyd edir və "...təhlükənin içindəyik" deyir. Ən təhlükəsiz ünvanı insanlara təhlükə kimi göstərmək sadəcə məqsədyönlüdür.
Dindarlar təhlükəli olsaydılar, Bekir Develi bəy demişkən, zərurət üzündən övladından imtina edən ana onu məscidin yox, diskotekanın qapısına qoyub qaçardı. Təbii ki dindarlar nə cəmiyyətə nə də dövlətə təhlükə deyil. Əksinə dövlətinə və vətədaşlarına xidmət etməklə, xeyir verməklə ilahi dərgahda ucalacağı inancındadır.
İmam Hüseyn (ə) zalim diktator Yezidə qarşı çıxdı. İnsanlıq, fərah uğuruna bütün maddi dəyərlərindən keçib şəhadət pilləsinə ucaldı. Suverenliyi, azadlığı, dinlər,millətlər arasında hörmət və məhəbbəti öz həyatında açıq aşkar göstərən Hz.Hüseynin (ə) davamçıları əlbətdə Gürcüstan kimi sağlam bir dövlət üçün təhlükə deyil.
Bizim dövlətin uzaqgörən və savadlı idarəçiləri bunu gözəl bildikləri üçün Hüseynçilərə problem yaratmır. Çün ki onlar İmam Hüseyni (ə) də Hüseynçiləri də gözəl tanıyır.
Və sizlərin qərəzli fikirlərinin nədən qaynaqlandığını da yaxşı bilirlər.
Bu kəslər İkrah hissi ilə insanlara təsir qoymağa çalışır, "Türkçülük" sözünü də birçox qaranlıq fikirlərinin üzərinə çəkilən pərdə edirlər. İnsanları provokasyaya meyilləndirən, ixtişaşlara çəkən yazılar yazıb İlqar bəy kimi "Türkçü" olmaqdansa S.Ə.Şirvani kimi, Qasım bəy Zakir kimi, Şəhriyar, Füzuli kimi olub millətimə və insanlığa xidmət etməyi özümə və bütün türklərə tövsiyyə edirəm.
Yalançı Türkçülər on minlərlə pul xərcləyərlər, süfrələr açarlar, rəqqasələr oynadarlar, şou proqramlar qurarlar lakin meydana 10 adam toplaya bilməzlər. Hüseynçilər isə Hüseyn nuruna boyanmaq üçün ciblərindən pul xərcləyib, yollar qət edib o məclislərə toplaşırlar. Bu inanclıları meydana toplayan nə irançılıq nə farsçılıq nə ərəbçılık deyil. İmam Hüseyn(ə) elə bir məktəb qoyub ki, Qiyamətə qədər bütün insanlar bu məktəbin məzunu olmağa həvəs göstərəcəklər.
Məsələ budur.
Paxıl olmayın.! İmam Hüseyni(ə) tanıyın. O zaman şiələrin, Hüseyn (ə) kimi şəxsiyyəti tərk edib farsçı, ərəbçi irançı ola bilməyəcəyini anlayacaqsız.
Kembric Universitetinin professoru Edvard Broun belə deyir.
“Kərbəlanın qanlı səhrası o gündən bugünədək hətta ən soyuq qəlbi isitməyə, ən qəflətdə olan ürəyi oyandırmağa qadirdir"
Ramal Musayev.

Niyazi İsmayılov.
Mgeo.ge

 

Bənzər Olanlar