Paylaş
Facebook Twitter Google+

Gürcüstan ruhaniləri məscid problemlərindən danışdılar.

Muslims in Georgia

2017-10-03 11:12:56 754 Manşet

Gürcüstan ruhaniləri məscid problemlərindən danışdılar.

Marneuli İmam Əli (ə) məscidinin şurası tərəfindən qaldırılmış məhkəmə prosesindən sonra Gürcüstan içtimaiyyətinin diqqəti məscidlər probleminə yönəlib.

  Qeyd edək ki Gürcüstan konsitusiyasında din qanunu olmadığından hökumət müsəlmanlara aid olan məscidləri müəyyən kateqoryalara bölərək öz balansına götürüb. Bəzi məscidlər qocalar evi, kimsəsiz bina, tarixi abidə və s. adlarla İqtisadiyyat nazirliyinin balansına salınıb. Daha sonra bu məscidlər müddətli olaraq (49 illik) Bütün Gürcüstan Müsəlmanları İdarəsinə icarəyə verilib. Mövcud durumla razılaşmayan Marneuli İmam Əli (ə) məscidinin şurası məhkəməyə müraciət edərək məscidin özlərinə qaytarılması üçün işin başladılmasını tələb ediblər. Əsas olaraq isə Bütün Gürcüstan Müsəlmanları Idarəsi adında qeyri müəyyən qurumun tərkibində fəaliyyət göstərmək istəmədiklərini və adı çəkilən idarənin hökumət tərəfindən təsisi, şeyxin iki dəfə hökumət tərəfindən təyin edilməsi, hökumət tərəfindən idarə olunması,o idarənin icraçı direktorunun hansı dinə mənsub oluğu naməlum olması və dini zəmində etibarsız bir qurum olunduğu göstərilir. İlk olaraq Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi Mirtağı Əsədov yerli radeo və televiziya kanallarına açıqlamalar verib, mövcud durumun dini və hüquqi qanunlara ziddiyyətli olmasını açıqlayıb. Daha sonra heç bir dini idarəyə bağlı olmayan, müstəqil, rəbbani Gürcüstan ruhaniləri də öz çıxışlarında Gürcüstandakı məscid problemlərini səsləndirib və hökumətdən həllini tələb ediblər. Marneuli İmam Əli (ə) məscidinin axundu, cümə imamı Hacı Hacıyev, Quran elmləri doktoru Fariz Rəcəbov, Fəlsəfə elmləri doktoru Mirismayıl Əsədov, Əl-Mustafa beynəlxalq universitetinin Fəlsəfə-Kəlam elmləri üzrə magistir tələbəsi Elçin Cəfəri öz çıxışlarında məscidlərin müstəqil olmasını, heçbir idarəyə bağlı olmamasını, məscidləri xalqın (icamaların) ixtiyarına verilməsini tələb edib və mövcud durumu pisləyiblər. İmam Əli (ə) məscidinin şura üzvü və Xeyriyyə fondunun sədri Hacı Amil Xəlilov ruhanilərin məscid problemlərindən danışmasına münasibət bildirdi. O qeyd etdi ki: "Əvvəla biz məsələ ilə bağlı məhkəməyə müraciət etdikdə bunun ilahi vəzifə olduğunu və sakit qalmamağın vacibliyini anlamışdıq. Biz razı ola bilmərik ki məscidlər Resan adlı dini naməlum birinin direktorluq etdiyi, pərdə arxasında oyuncaq kimi şeyxlər (Vaqif Əlbərov, Ramin İgidov) təyin edilən etibarsız və güvənsiz bir idarənin idarəçiliyində olsun. Bu yola qədəm qoyduqda ilk olaraq Allahı vəkil tutduq. Din də məscidlər də Allahındır və Allah qoruyacaq. Xoş bizim halımıza ki vasitəçi olaraq Allah bizi seçsin. Alimlərimizin də Haqqı dəstəkləyəcəyinə şübhə etmirdik. Hər zaman Hüseyni, haqq pərəst, azad Allaha bağlı alimlər olub. Həmd olsun ki bizim məntəqəmizdə də bucür Peyğəmbər varisi olan gözəl alimlərimiz var. Mən onların əllərindən öpür, müqəddəs Məhərrəm ayında Allahdan onlara İmam Hüseyn (ə) ilə məşhur olmağı arzu edirəm."

Bənzər Olanlar