Paylaş
Facebook Twitter Google+

Ramazanın bitməsini niyə bayram edirik?

Ramal Musayev

2016-07-05 20:36:22 1589 Manşet

Bismillah. Biz bu gözəl, mənəvi Rəhmət və Mərhəmət ayı bitdi deyəmi sevinir, bayram edirik? Hər bir əlamətdar günün, bayramın dayanacaq, söykənəcək mənası, fəlsəfəsi mövcuddur. "O" günü (Ramazan bayramını) əlamətdar gün, bayram edən önəmli bir və ya birneçə səbəb və məqsədlər vardır. Rəhmət ayının bitməsi deyil, "O" gün (Ramazan bayramı) bir ay boyunca oruc tutan müsəlmanların hər gün iftar zamanı yaşadığı sevinc və rahatlıq hissininin cəm olaraq təzahürü; "O" gün, Ramazan ayı boyunca yaşanan mənəvi fərahlığın sonda böyük bir sevincə çevrildiyi an; "O" gün, isti və uzun yay günlərində susuzluğa, aclığa qalib gələn müsəlmanların bu imtahandan üzü ağ çıxmasının fəxri; "O" gün, nəfs üzərində səbr və dözümlülüyün qələbə sevincinin yaşanması; "O" gün, Rəbbi tərəfindən bir ay boyunca bağışlanaraq günah libasının çıxarılıb, mənəvi paklıq libasının geyinilməsi, "o" günü əlamətdar gün, bayram, "Ramazan bayramı" edən səbəblərdəndir. Müsəlmanların cəm olması, bir-birini ziyarət etməsi, qohum-əqrabalarla görüşməsi, arada inciklik,küsülülük varsa barışılması, kasıblar və yoxsulların sevinməsi, sevindirilməsi (fitrə) bu bayramın məqsədlərindəndir. "O" günü Allah hər birimizə həqiqi bayram qərar versin və öz tükənməz xəzinəsindən bizlərə bayram hədiyyəsi əta etsin. Amin. Bayramınız mübarək. R. Musayev. 05.07.2016

Bənzər Olanlar