Paylaş
Facebook Twitter Google+

Din adamlarının rəftarını bəhanə edib, dinə gəlməyənlərə cavab

Ramal Əmiraslanov

2019-01-08 12:16:33 3787 Maraqlı

Bəzi insanlar din adamlarının rəftarlarını din üçün meyar təyin edir və dini onların rəftarları əsasında dəyərləndirirlər. Ona görə də bəzən onların mənfi rəftarlarını görən zaman, dinin özü haqqında ümidsiz və məyus olurlar. Bu halda deyirlər: “Artıq kimə etimad etmək olar ki?!”.

Bəzən də onların yanlış rəftarlarını özlərinin dinə gəlməməsi üçün bəhanə hesab edirlər. Deyirlər: “O zaman ki, bizim din adamlarımız belədir, bizdən nə istəyirsiniz?”.
Bəs Quran və Məsumlarımız (ə) dini meyarlar olaraq, nələri tanıdırlar?

Həzrət Peyğəmbər (s) dəfələrlə buyurmuşdur: “Həqiqətən sizin aranızda iki dəyərli şeyi qoyub gedirəm: Allahın Kitabını və İtrətimi. O zamana qədər ki, o ikisinə söykənərsiniz – heç bir zaman yolunuzu azmazsınız”.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, dini şəxsiyyətlərlə tanıyar, həmin şəxsiyyətlər onu dindən xaric edər. Hər kim dini Kitab və İtrət əsasında tanıyar, dini müqaviməti dağdan da möhkəm olar. Çünki dağ ola bilsin ki, dağılsın. Ancaq bu cür insanların imanı dağılmaz”.

Ona görə də deyə bilərik ki, dini dəyərləndirməyin iki meyarı vardır: biri Qurandır və o birisi isə Əhli-Beytdir (ə).
Məsumlarımız (ə) öz kəlamlarında dəfələrlə bu həqiqəti vurğulayıblar. Buyurublar ki, bizim sözlərimiz – İlahi sözlərdir, Quranın sözləridir. Həqiqətləri onlara əsasən dəyərləndirin. Əgər Qurana və bizim buyurduqlarımıza uyğundursa – qəbul edin, yox əgər ziddirsə - imtina edin./Deyerler.

Bənzər Olanlar