Paylaş
Facebook Twitter Google+

Qadınlara məxsus emosional hisslər onlar üçün böyük mənəvi sərmayədir – Ayətullah Cavad Amili

Ramal Əmiraslanov

2018-03-30 14:13:07 3023 Maraqlı

“Qurani Kərim insan üçün nazil olub. Bu insan istər kişi olsun, istər qadın..."

İslaminSesi.info – Böyük təfsir və əxlaq ustadı Ayətullah Cavad Amili, Qadın Elmi Hövzələrinin rəisi Höccətul İslam Əbdul-Kərim Behcət Purla göruşü zamanı qadınlarda olan atifə (emosional hisslər) və digər mühüm xüsusiyyətlərə toxunaraq, bu hissləri qadınlar üçün böyük sərmayə adlandırıb. Ustad çıxışında buyurub:

 

“Qurani Kərim insan üçün nazil olub. Bu insan istər kişi olsun, istər qadın.

 

Bunun mənası budur ki, insan ruhu qadın və kişidə olamsından aslı olmayaraq hər ikisində eynidir və mücərrəddir.

 

Qərb baxışı deyir ki, qadın və kişi bərabərdir. Onların baxışı budur ki, insanın həqiqəti onun maddi cismidir və qadınla kişi də bu baxımından bərabərdirlər.

 

İslam baxışı isə deyirki, bəli, qadın və kişi bədən, maddi baxımından bərabərdirlər. Bu mühüm deyil! Onların əsl bərabərliyi ruhi baxımdandır.

 

Bu iki baxış arasında böyük fərqlilik vardır. (Qərb və İslam baxışı)

 

Qadınlara məxsus olan emosional hisslər və meylləri onlar üçün böyük mənəvi sərmayədir.

 

Elə isə onlara bu mənəvi yolda seyr etmələri üçün yardımçı olun.

 

“Hikmət çeşmələri qəlbindən dilinə cari olar” ifadəsi bu zaman hasil olur. Necəki İslamın ilkin çağlarında cox qadınlar olub ki, öz həyat yoldaşlarından qabaq iman gətiriblər.

 

Əgər bu atifələr (bağlılıq, emosional hisslər) hidayət olarsa İlahi münacata (duaya) doğru istiqamət alar və onun göz yaşları “silaha” çevrilər. Göz yaşları bu yolu (mənəviyyat yolunu) daima açıq tutur və daxili düşmənlə (nəfs və Şeytanla) mübarizə aparmaq üçün ən yaxşı silahdır.”|Yaşar Nuriyev


Bənzər Olanlar