Paylaş
Facebook Twitter Google+

Elm və təhsilə verilən dəyər Əhli-Beytin (ə) hikmətli kəlamlarında

Ramal Əmiraslanov

2018-10-07 11:16:48 2981 Maraqlı

Elm və təhsil insanın, cəmiyyətin tərəqqi və formalaşmasında mühüm və vacib işlərdəndir. Çünki elm insanı həm mənəvi kamalata, həm də maddi rifaha çatdırır. Bəşərin əldə etdikləri bütün yüksəlişlər elm və sağlam mənəviyyatla əldə edilib.

İslaminSesi.info – Elm sözü lüğətdə öyrənmək, bilmək mənasındadır. İstilah yerləri isə insan həyatının, o cümlədən bütün aləmin müxtəlif sahələrini əhatə edir.

Elm və agahlıq bir növ dünyaya aid olsa da mənəvi və əqli dəyərlərdən hesab olunur. Çünki Mütəal Allah bütün aləmi insan üçün xəlq edib. Bir az diqqət etsək görərik ki, bütün aləm sanki insana xidmət üçün, onu öz hədəfinə çatdırmaq üçündür.

Təbii ki, insan səadəti üçün təklikdə təcrübi elimləri bilmək və öyrənmək kifayət etmir. Bütün bu elmi biliklərlə yanaşı insanın mənəvi və sağlam etiqadı biliklərdi də olmalıdır. Əks təqdirdə insanın elmi bilikləri ona fəlakətdən başqa bir şey gətirməz.


İstər əqli və etiqadı olsun, istərsə də təcrübi elimlər, insanın bütün doğru bildikləri onun elmi hesab olunur.

Elm, Peyğəmbər (s) və Əhli-beyt (ə) kəlamlarında bu cür dəyərləndirilir: Peyğəmbər (s): Elm öyrənmək bütün müsəlmanlara vacibdir. Elm İslamın həyatıdır (ruhudur)

İmam Əli (ə) buyurub: Elm həyatdır. Elm, iki həyatdan biridir. Hər kəsin qiyməti onun elmi ilədir. Elm ucaldar, onun tərki isə kiçildər.

Həyat elmlədir. Elm insanı dirildər, cəhaləti öldürər, əqli işıqlandırar. Elm qəlblərə dirilik, gözlərə nur, bədənlərə qüvvət verər. Elmi diri tutan ölməz.

Elm əldə edin, o da sizə həyat bəxş etsin...

İslam dini Allahın sonuncu, kamil dini olaraq daim elmə, tərəqqiyə yüksək qiymət vermiş, hətta onu insanlara vacib və zəruri bilmişdir./Yaşar Nuriyev

 

Bənzər Olanlar