Paylaş
Facebook Twitter Google+

O, vəsiyyət etmişdi ki, bu qara dəsmalları ölən zaman onun qəbrinə qoysunlar...

Ramal Əmiraslanov

2018-08-05 08:49:20 2049 Maraqlı

Mirzə Təbrizi bu fikirdə idi ki, insanın Məsumlar (ə) üçün tökdüyü göz yaşının qəbirdə və Qiyamətdə böyük yardımı vardır. Ona görə də alim həmişə yanında iki qara və bir də ağ dəsmal gəzdirərdi. Qara dəsmallarla əzadarlıq məclislərində ağlayan zaman göz yaşını silərdi. Ağ dəsmalla isə ağız suyunu və burnunu. O, vəziyyət etmişdi ki, bu qara dəsmalları ölən zaman onun qəbrinə qoysunlar. Qəbir və Qiyamət günü üçün əmanət olsun. Ona görə də alim ölən zaman övladları bu iki qara dəsmalların birini əlinə bağladılar və birini də sinəsinin üstünə qoydular. Alim bu yolla başqalarına dərs vermək istəyirdi ki, Məsumlar (ə) üçün tökülən göz yaşı ilə qəbir əzabından amanda qalmaq olar. Bu dəsmal onun o biri dünyada tökdüyü göz yaşlarının şahidi olacaqdır.

 

Ayətullah Mərəşi Nəcəfi də bu cür vəsiyyət etmişdir və onun da dəsmalını özü ilə dəfn etmişdilər.

 

Əllamə Muhəmmədtəqi Cəfəri deyir: “Bəşər ən müqəddəs göz yaşlarını Həzrət Hüseyn (ə) yolunda tökmüşdür. İnsanlara nicat verən gəminin dənizdə hərəkət etməyə ehtiyacı yoxdur. Bu gəmi, Hüseyn (ə) üçün tökülən müqəddəs göz yaşlarının üzərindən keçər. O göz yaşı ki, ürəyin dərinliklərindən gəlmişdir. Canları yandırmışdır. O zaman Allahın müqəddəs dərgahına yollanar”.

 

Ayətullah Behcət buyurur: “Əhli-beyt (ə) üçün tökülən göz yaşı, xüsusilə də İmam Hüseyn (ə) üçün tökülən göz yaşı o müstəhəb əməllərdəndir ki, ondan fəzilətlisi yoxdur. Mən belə düşünürəm ki, İmam Hüseyn (ə) üçün ağlamaq, gecə namazından da üstündür”.

 

Mərcəyi-təqlidlərdən olan Ayətullah Hüccət can verən zaman bir qədər türbət istəyir və onu bir qədər su ilə həll edib, alimə verirlər. Alim deyir: “Qoy mənim bu dünyadakı axırıncı azuqəm - İmam Hüseyn (ə) türbəti olsun”. Sonra həmin suyu içir və kəlmeyi-şəhadətləri söyləyib, Haqqın rəhmətinə qovuşur./Deyerler.

 

 

ÖNCƏKİ YAZI

Bənzər Olanlar