Paylaş
Facebook Twitter Google+

Oruc tutanlar üçün diqqət olunası 5 məsələ

Ramal Əmiraslanov

2019-05-06 11:43:49 5856 Maraqlı

Bu müqəddəs ay isti yay günlərinə təsadüf etdiyi üçün oruc tutanlar bəzi nöqtələrə diqqət etməlidir. Oruc tutmağın öz üsul və qaydası vardır. Yayın bu isti günlərində oruc tutanlar bu üsullara riayət etsələr, sağlam şəkildə oruclarını tutacaq və bu mübarək ayın feyzindən bəhrələnə biləcəklər.
Birinci nöqtə budur ki, oruc tutan iftar açan zaman yeməyini yaxşı yeməldiir, ancaq israf və ifrat etməməlidir. Kifayət qədər maye içməlidir ki, bədənin suya olan ehtiyacını təmin edə bilsin. Bu ayı sağlam başa vurmaq üçün sizə 5 tövsiyəmiz vardır:

 

1. Bədəninizin suyunu təmin edin.

Uzun yay günlərində oruc tutan üçün ən mühüm məsələ - bədənin suyunu təmin etməkdir. İftar süfrəsində əyləşən zaman bacardığınız qədər su və mayeni çox için. Nəzərə alın ki, gün uzundur və ona görə də səhər obaşdana qalxmağı ləğv etməyin. Əgər bədəninizdə kifayət qədər su olarsa, orucunuzu rahat şəkildə tuta biləcəksiniz. Sulu meyvələrdən, qarpız, yemişdən çoxlu istifadə edin. Göyərti yeməyi unutmayın. Şüyüd ilə cəfəri sizə çox yardım edəcəkdir. Yeməkdən çox, içəcəklərə üstünlük verin.

 

2. Sağlam qidalanın.

İftar zamanı çox mühümdür. Sağlam qidalara ilk olaraq meyl etməyə çalışın. Şirniyyatdan uzaq olmağa çalışın. Çünki şirniyyat sizi tox etməz və bədəniniz zəif düşə bilər. Vacib deyildir ki, ağır yeməklər yeyəsiniz. Gün uzun olduğu üçün, aclıq yarana bilər. Ancaq ağır yemək yeyən zaman bədəniniz yüklənir və yuxunuz pozulur. Yaxşı olar ki, meyvə və tərəvəzdən daha çox istifadə edəsiniz, nəinki ağır yeməklərdən. Çörək yeməyi də unutmayın. Sağlam qidalanmağa çalşın. Yağlı və duzlu yeməklərdən uzaq olun.

 

3. İftar və obaşdanaya qədər üç dəfə yeməyə çalışın.

Oruc sübh azanı ilə başladığına görə üç vədə yemək çətin olur. Ona görə də bir vədəni iftara salın və bir vədəni iftardan 3 saat sonraya və üçüncü vədəni isə obaşdanaya. Əgər evdə çox olursunuzsa, zöhrdə bir qədər yatmağa çalışın ki, günü davam etdirmək üçün qüvvəniz olsun.

 

4. Günəş altında qalmamağa çalışın.

İsti yay günlərində də bayıra çıxmamaq qeyri-mümkündür. Çünki həyat davam edir. Ancaq günəş altında bacardığınız qədər az olmağa çalışın. Əgər iş yerində sərin otağınız varsa, orada oturmağa çalışın. Əgər bayırdasınzsa, kölgəyə üstünlük verin.

 

5. İdmanı az edin.

Oruc tutan üçün günün uzun olması cismi çətinlik yaradır. Ona görə də bacardığınız qədər cismi fəaliyətlərinizi azaldın. İdmançılar bu ayda yüngül idmanlara daha çox yer versələr, daha yaxşı olar.

 

Kimlər xüsusən diqqətli olmalıdır?

Diabet xəstələri gərək davamlı olaraq şəkərlərini ölçsünlər. İftar zamanı mayeni çox içsinlər və şiniyyatdan uzaq olsunlar. Cismi zəif olan insanlar: hamilə qadınlar, yaşlı insanlar, xəstələr əgər oruc tuturlarsa, həkimlə məsləhətləşib oruc tutmalıdırlar. Deyilənlərə diqqət etməyə çalışaq və bu mübarək ayı sağlam şəkildə və feyz və bərəkətindən faydalanaraq yaşamağa səy edək. (Tebyan/ Deyerler.

Bənzər Olanlar