Paylaş
Facebook Twitter Google+

GECƏ DIRNAQ TUTMAĞIN MANEƏSININ ISLAMI ƏSASI VARMI?

Ramal Əmiraslanov

2017-09-19 12:05:53 171 Maraqlı

Allah Rəsulu (s) buyurub: Təmizlik imandandır.
İslaminSesi.info - İslam dini paklığı, təmizliyi daim əsas tutub. İstər mənəvi paklıq olsun, istər zahiri. İnsan mənəviyyatının paklığı, onun hidayəti və ruhi təkamülü dinin əsl hədəfidir. Bununla yanaşı insan zahiri paklığına da diqqət etməlidir. Çünki zahiri paklıq və təmizlik ilk növbədə insanın sağlamlığını, ikinci növbədə isə ona ictimai olan biganəliyi aradan aldırır.

İnsana paklığı ilə əlaqədar tövsiyyə olunan müstəhəb əməllərdən biri də dırnaq tutmaqdır. Bu əməl hər vaxt icra olunsa insan üçün bəyəniləndir. Lakin cümə günü dırnaq tutmaq isə insana daha çox savab qazandırır (bu cümənin fəzilətli gün olması ilə əlaqədardır).

Dırnağı kəsməmək, onu uzatmaq bəyənilməyən işlərdəndir. Həmçinin dırnağı dişləmək, dişlə qoparmaq nəhy olunmuş (qadağan) əməllərdəndir.
İnsan günün hansı saatında təmizliklə məşğul olsa məqbuldur. Hədisdə bığ, saqqal və dırnağın kəsimi barəsində buyurulur: Allah pakdır. Bütün bunları istəsəniz cümə günündə, istəsəniz digər günlərdə edə bilərsiniz. Cümə günü etmək daha üstündür.

Dırnağın gecə kəsilməsinin kərahəti barəsində heç bir mənbədə rast gəlinməyib. Hədislərə əsasən bu iş istər gecə, istər gündüz olsun icazəlidir./Mənbə: islamquest.net

ÖNCƏKİ YAZI

Bənzər Olanlar