Paylaş
Facebook Twitter Google+

İnsanın gizli istedadlarının üzə çıxması üçün 3 əməl

Ramal Əmiraslanov

2018-11-20 12:26:00 1584 Maraqlı

İnsanın batinini tanımaq – insanşünaslığın ən mühüm mövzularındandır. Hər bir insan bu dünyaya xüsusi istedad və qabiliyyətlərlə gəlir. Onun bu gizli istedadları həyatın müxtəlif hadisələri və əməlləri sayəsində üzə çıxar və çiçəklənər. Bu, Allahın insana verdiyi sərmayəsidir ki, əgər onu ömrü boyu üzə çıxarda bilsə, kamala çata biləcəkdir.
Bəs nə edək ki, bu kamal sifətləri üzə çıxasın?

1. Özünü tanımaq haqqında təfəkkür etmək və düşünmək. İnsanı başqa canlılardan fərqləndirən tək sifəti təfəkkür və dərk qüvvəsidir. Bu səbəbdən Quranda ağıl sözü 18 dəfə, fikir sözü 16 dəfə işlənmişdir. Təfəkkür sözü 4 dəfə, elm və bilik sözü isə 779 dəfə işlənmişdir.

 

İnsanın vəzifələrindən biri – özünü və özünü əhatə edən aləmi tanımaq və onun haqqında düşünməkdir. “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükür edəsiniz”. (“Nəhl” 78). İnsan əgər özünü tanıyarsa, ətrafında olan mühiti tanıyar, Allahını və bu dünyaya gəlməsinin hədəfini tanıyar.

 

2. Elmini artırmaq. Əgər Quran təfəkkür etməyə göstəriş verirsə, deməli elm qapılarının açılmasını yolunun məhz bu sahədə olduğunu bildirmək istəyir. Ancaq Quran bunu da vurğulayır ki, hər elm insanı inkişaf etdirə bilməz. Ancaq insanın inkişafına fayda verən elmlər ona kamal sifətlərini əldə etməkdə yardım edə bilər. Alimlərin nəzərinə görə, insana fayda verəcək elm – İlahi elmdir. Belə bir insanın bütün səy və çalışması Allah yolunda olar. Onun razılığını əldə etmək istəyər.

 

“Həqiqətən Biz İbrahimə daha öncə (Musa və Harundan qabaq, tövhid və İlahi maarif barəsində dərs almadan) ona layiq bir ağıl-kamal və fitri hidayət əta etdik və Biz ona (onun bütün mənəvi sifətlərinə və həyat tərzinə əzəldən) bələd idik”. (“İbrahim” 51).

 

3. Havayi-nəfsin ardınca getməmək. İslam dini nəinki təfəkkür etməyə və elmi artırmağa göstəriş verir, həm də insana nəfsinə qalib gəlməyin yollarını da öyrədir. Onu, nəfsani hisslərini ağlının kontrolu altında saxlamasının yolları ilə tanış edir. Hər cür təəssübkeş təfəkkürdən saxlayır və doğru yola hidayət edir. “Və beləcə Biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərdiksə, onların naz-nemət içində olanları dedilər: «Biz atalarımızı bir dində görmüşük və biz onların arxasınca gedirik»”. (“Zuxruf” 23).

 

“Onlara «Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin» deyiləndə, «atalarımızın getdiyi yol (onların əqidə və əməlləri) bizə bəsdir!» deyərlər. Görəsən ataları hətta bir şey bilməmiş və (düz yola) hidayət olunmamış olsalar belə(bunlar yenə də kor-koranə surətdə onları təqlid edəcəklər)?”. (“Maidə” 104).

Əgər qeyd edilən bu üç əməlləri yerinə yetirsək, kamal sifətlərini əldə etməyə tərəf hərəkət etmiş olar və bu yolda addım atmış olarıq./Deyerler.

Bənzər Olanlar