Paylaş
Facebook Twitter Google+

Əliyev Tale Bağırzadəyə haqq qazandırdı

Muslims in Georgia

2016-02-26 17:14:47 9592 Maraqlı

Xamneyiyə mədhiyyəsöyləmək yaxşıdırsa, Həmədaninin əlini öpmək niyə xəyanət sayılır?

Ölkə başçısı Ilham Əliyev Iranın ali dini lideri AyətullahƏli Xamneyi ilə görüşüb. Görüş zamanı müxtəlif məsələlər müzakirə olunub, Azərbaycan-Iran münasibətlərinin önəmindən danışılıb. “Iran dünyada sülh və əminamanlığın təminatı üçün çox böyük rol oynayır. Biz Iranın təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi görürük. Hər iki ölkəyə olan təhdidlər eyni mərkəzdən qaynaqlanır. Bu səfərdəIranla əməkdaşlıq çərçivəsində terrora qarşı mübarizə və bununla sülh və sabitliyin təminatı üçün razılığa gəldik. Bölgədə sizin kimi bir şəxsiyyətin varlığı bizə böyük güc və enerji verir”- deyə Ilham Əliyev bildirib.

Göründüyü kimi ölkə başçısı Xamneyini bölgənin güc və enerji mənbəyi kimi qiymətləndirir və böyük şəxsiyyət kimi təqdim edir. Qeyd edək ki, bir müddəəvvəl Azərbyacanda Xamneyi əleyhinə etiraz aksiyası keçirildi, rejim mətbuatı eybəcər karikaturalar yaydı, bu adama qarşı ən ağır təhqirlər səsləndirildi. Demək istəyirk ki, hökumətimizin tərcümeyi-halı ziddiyyətlərlə zəngindir.

Amma bu yazının əsas məqsədi tamam başqadır. Məsələ burasındadır ki, bir müddətəvvəl Hacı Tale Bağırzadə Iranın agenti kimi damğalandı, terrorçu kimi qələmə verildi və qondarma ittihamlarla həbs olundu. Tale Bağırzadənin Ayətullah Həmədaninin əlini öpməsi isə hökumətin əsas arqumentinə çevrildi. Telekanallar bu görüntüləri tez-tez yayımladı, hökumət mətbuatı bu fotoların fonunda təbliğat qurdu. Yəni, belə bir fikir formalaşdırdılar ki, Tale Bağırzadə ekstremist qüvvələrin əlaltısıdır, ölkədə çevriliş etmək istəyir, ermənipərəst dini liderlə işbirliyindədir və s.

Təbii ki, Tale Bağırzadə də öz növbəsində bildirdi ki, Həmədani əslən Azərbyacandandır, dünyada dini liderlərin əlindən öpməənənəsi var və o da din alimi kimi Həmədaninin əlindən öpüb. Eyni zamanda bildirmişdi ki, Ayətullah Həmədanini Azərbaycana Allahşükür Paşazadə dəvət edib. O zaman sual meydana çıxırdı ki, bu adam Azərbaycanın düşmənidirsə, ekstremist qüvvədirsə, niyə ölkəyə dəvət edilir?

Bütün bunları ona görə xatırlatdıq ki, hökumətin növbəti ifşasını açıq şəkildə göstərəbilək. Tale Bağırzadə hansısa ayətullahın əlini öpüb, Ilham Əliyev isə birinci dərəcəli ayətullahı güc və enerji mənbəyi hesab edir. Tale Bağırzadə onuncu dərəcəli din xadiminə hörmətini ifadə edəndə “Iranın agenti” adlanır, amma Ilham Əliyev birinci dərəcəli din xadimini böyük şəxsiyyət kimi qiymətləndirəndə bu müsbət hal sayılır.

Əgər Ayətullahlar Azərbaycanda çevriliş hazırlayırsa, Hacı Taleni bu məqsədlə istifadəedirlərsə, Ilham Əliyevin Iranın Ali dini liderinə mədhiyyə söyləməsini necəqiymətləndirək?

Hökumətin nə qədər riyakar, qeyri-səmimi olduğu bir daha ortaya çıxır. Təsdiqlənir ki, Hacı Taleni Iranın agenti olduğuna görə yox, hökuməti tənqid etdiyinə görə həbs ediblər. Eyni zamanda hökumətin şər təbliğatı bumeranq effekti verir. Çünki, Hacı Talehə qarşı istifadə etdikləri arqumentlər, indi özlərinə qarşı yönəlib. Bir daha sual edirik, əgər Iran təhlküəsizliyin qarantı, bölgənin enerji mənbəyidirsə və Ilham Əliyev Xamneyini böyük şəxsiyyət hesab edirsə, o zaman Tale Bağırzadə niyə həbsdədir?

Ölkə başçısı Irana münasibətdə bu qədər səmimdirsə, “Iranpərəst”, “Iranın agenti” kimi həbsə atdığı adamların hamısını azad etməlidir.

Samir

Bənzər Olanlar