Paylaş
Facebook Twitter Google+

Bu ilahi göstərişlərə əməl edin ki, ömrünüz uzun və bərəkətli olsun

Ramal Əmiraslanov

2018-04-06 12:41:34 5804 Maraqlı

Dini mətnlərdə bir neçə işlər tövsiyə olunub ki, Allah Təala bu işlərə diqqət edənlərin ömrünü uzadar və bərəkət dolu üzün ömür bəxş edər.

 

İslaminSesi.info – Allah Təalanın insana bəxş etdiyi ömür ilahi bir nemətdir. Çünki bu ömür hər kəs üçün bir fürsətdir. Həm yaxşı əməl sahibi üçün, həm də bəd əməl sahibi üçün.

 

Yaxşı əməl sahibi üçün fürsətdir ona görə ki, yaşadıqca öz yaxşı və xeyirli işlərini çoxaldır, ömrü bitib Allah dərgahına geri döndükdə daha çox xeyir işlərlə dönür. Pis əməl sahibi üçün fürsətdir ona görə ki, peşman olub islah olması üçün Allah Təala ona hələ ki möhlət verir.

 

Bu fürsəti dəyərləndirmək üçün insan Allahdan ömür diləməli, həm də xeyir-bərəkət dolu ömür diləməlidir. Bu diləməklə yanaşı həmçinin ömrü uzanmasına vəsilə olan işləridə tərk etməməlidir.

 

Dini mətnlərdə bir neçə işlər tövsiyə olunub ki, Allah Təala bu işlərə diqqət edənlərin ömrünü uzadar və bərəkət dolu üzün ömür bəxş edər:

 

1-Xoş və gözəl əxlaqlı olmaq: İmam Sadiq (ə) buyurub: “Yaxşı əməl və gözəl əxlaq insanın dünyasını abad edər və ömrü uzun edər.”

 کافی،ج3،ص 160، ح 8.

 

2- Qonşularla gözəl rəftar: İmam Sadiq (ə) buyurub: Qonşularla xoş rəftar ömrü uzadar, dünyanı abad edər.

 کافی، ج 3، ص 230،ح 14.

 

3- Valideynlərə yaxşılıq və onlarla xoş rəftar:

İmam Sadiq (ə) buyurub: “Əgər istəyirsənsə Allah ömrünü uzun etsin, valideynlərini sevindir.”  بحارالانوار،ج71،ص81؛ وسائل الشیعه،ج18،ص371.

 

4- Ailədə gözəl rəftarlı olmaq.

İmam Sadiq (ə) buyurub: “Kim öz ailəsi ilə gözəl, yaxşılıqla rəftar edərsə ömrü uzanar.”   وسائل الشیعه،ج1،ص 55؛ الکافی، ج 8، ص219.

 

5- Gözəl, təmiz niyyətli olmaq ömrü uzadar.

Peyğəmbər (s) buyurub: Kim niyyətini saflaşdırsa, paklasa ömrü uzanar.  بحارالانوار، ج66، ص 407./Yaşar Nuriyev 

 

 

Bənzər Olanlar