Paylaş
Facebook Twitter Google+

İmam Baqir (ə) dünyasını dəyişmiş insanı necə geri qaytardı?

Ramal Əmiraslanov

2018-03-20 08:43:16 2358 Üsuliddin Məad

Şam əhalisindən biri İmam Baqiri (ə) çox sevirdi. Bacardığı qədər Həzrətin (ə) görüşünə və ziyarətinə gedirdi.

Ziyarətlərinin birində Mədinə şəhərində xəstələnir. Ölüm yatağında qərar tutur. Dostlarından birinə deyir: “Elə ki, öldüm, İmam Baqirə (ə) de ki, cənazəmdə namaz qılsın və dəfnimdə iştirak etsin”.

O zaman ki, bu şamlı vəfat edir, dostları İmamın (ə) yanına gəlib, vəsiyyətini elan edirlər. Həzrət (ə) buyurur: “Dəfnində əcələ etməyin ki, mən də gəlim”. (Tebyan)

Sonra Şama tərəf hərəkət edir və o zaman ki, bu şamlının evinə daxil olur, kənarında əyləşib dua zümzümə edir. Sonra onun adı ilə çağırır. Anidən üzünə ağ parça örtülən bu şamlı kişi hərəkət etməyə başlayır və İmamın (ə) cavablarını verir. Sonra İmam (ə) onu əyləşdirir və onun üçün xüsusi şərbət hazırlayır, onu içizdirir. O zaman ki, tamamilə yaxşı olur, İmama (ə) deyir: “Şəhadət verirəm ki, sən xəlqin üzərində olan Allah hüccətisən. Hər kim sizdən qeyrisinə müraciət edər, həqiqətən o, yolunu azmış olar”.

İmam (ə) buyurur: “İndi qayıtmaq əhvalatını bu insanlara danış”.

Həmin şəxs deyir: “O zaman ki, ruhum bədənimdən uçdu, göylə yer arasından bir nida gəldi ki, onun ruhunu bədəninə qaytarın. Çünki Muhəmməd ibni Əli (ə) onun yeni həyatını istəmişdir”./Deyerler.

Bənzər Olanlar