Paylaş
Facebook Twitter Google+

Dünyasını dəyişən əzizlərimizə göndərə biləcəyimiz 10 hədiyyə!

Ramal Əmiraslanov

2020-01-15 07:49:03 1315 Üsuliddin Məad

İlk ölən gecə – meyit üçün mühüm əhəmiyyətə malik olan gecələrdəndir. Çünki ölülər həmin gecədə sorğu-sual olunar və cəza görərlər. Biz yerdə qalanlar onu sevindirən əməllər yerinə yetirərək, onu şad edə bilərik. Bu əməllər ilə tanış olaq:

 

1. Bir çıraq götürüb qəbrin başına getmək və onun üçün bağışlanma diləmək. Həzrət Peyğəmbər (s) buyurur: “Meyitə elə bir hədiyyə göndərilməz, məgər bağışlanma və istiğfar istəyi ondan üstün olsun. Əgər övladı vardırsa, onun bağışlanma istəməyi başqa hər kəsdən daha üstündür”.

 

2. Meyitin ilk gecəsində ona görə sədəqə verin. Hədislər buyurur ki, bu sədəqəni mələklər yerə endirər və ona görə qəbri nurani olar.

3. Meyit üçün dua etmək.

 

4. Əgər meyitin qəza namazı vardırsa, onu əda etmək lazımdır. Əgər qəzası yoxdursa, onun üçün hədiyyə namazı qılmaq lazımdır.

 

5. İlk gecədə 40 nəfər yoxsula yemək vermək.

6. Günəş batmazdan əvvəl Aşura ziyarəti oxumaq və savabını ölüyə hədiyyə etmək.

7. Meyit üçün vəhşət namazı qılmaq.

 

8. Quran oxumaq. Xüsusilə də bu surələri: “Fatihə”, “Yasin”, “Mülk”, “Əhzab”, “Ayətül-kürsü”.

 

9. “Mülk” surəsini qəbrin başında oxumaq çox tövsiyə olunur.

10. Meyiti sevindirmək niyyətilə qəbrinin başında 7 dəfə “Qədr” surəsini oxumaq. --Deyerler.

 

Bənzər Olanlar