Paylaş
Facebook Twitter Google+

Bayram günlərində ölənlərimizə də hədiyyə göndərə bilərik

Ramal Əmiraslanov

2018-03-20 08:30:03 3243 Üsuliddin Məad

Bahar artıq gəlməkdədir və öz təravətli mehini bizə tərəf əsdirir. Deyir ki, ey Allah bəndələri! Mən gəlirəm, sizi yenidən canlandırmağa, həyat verməyə, gözlərinizi oxşayan bitkilər cücərtməyə gəlirəm. Siz də Allahın qüdrəti haqqında düşünün!

 

Bu bayram günlərində hər kəs yaxınlarını sevindirməyə və ehtiyacı olanlara yardım etməyə, küsülü olanları barışdırmağa çalışır. Ancaq biz müsəlmanların Məsumlardan (ə) qalma başqa bir sünnətimiz də vardır ki, bayram günlərində ölülərimizi də sevindirir, onları ziyarət edirik. Axı onların bizim ziyarət və dualarımıza ehtiyacları daha çoxdur.

 Həzrət Peyğəmbərin (s) buyurur: “Ölüləriniz üçün hədiyyə göndərin”. Səhabələrdən biri soruşur: “Ölülərin hədiyyəsi nədir?”. Həzrət (s) buyurur: “Sədəqə və dua”.

 Hər cümə günü möminlərin ruhları evlərinin önünə gəlir və fəryad çəkirlər: “Ey mənim ailəm, atam, övladlarım, qohumlarım! Mənə mehribanlıq edin. O şey ki, bizim əlimizdə idi – onun əzab və hesabı bizim boynumuzdadır. Faydası isə bizdən qeyrisi üçündür. Ey qohumlarımız! Bizə dirhəmlə və ya çörək parçası ilə və ya paltarla kömək edin ki, Allah sizə behişt paltarı geyindirsin”.

 İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Elə bir mömin qadın və kişi yoxdur ki, ruzigarın ilk günündən Qiyamətə qədər, bu kəsin şəfəatçisi olmasın. O kəsin ki, duasının ortasında deyər: “Allahım bütün mömin və möminələri bağışla!”.

Qiyamət günü əmr edilər ki, bəndəni atəşə tərəf aparsınlar. Ona görə də onu cəhənnəm atəşinə tərəf çəkərlər. Bu zaman bütün mömin və möminələr deyərlər: “Pərvərdigara! Bu insan bizim üçün dua etmişdir. Bizim onun barəsindəki şəfaətimizi qəbul et. Allah bu şəfaəti qəbul edir. O, insan nicat tapar”. (Tebyan)

 İmam Sadiq (ə) tövsiyə edir ki, ölüləri ziyarət edən zaman onları sevindirmək üçün “Mülk” surəsini oxuyun ki, Allah qəbir əzabını aradan aparsın./Deyerler.

 

Bənzər Olanlar