Paylaş
Facebook Twitter Google+

Asan yolla məadın izahı – İmam Əlidən (ə) hədis

Ramal Əmiraslanov

2019-03-30 08:34:51 5823 Üsuliddin Məad

Əgər Əmirəl-möminin İmam Əlinin (ə) “Nəhcul-bəlağə”də məad haqqında buyurduqlarına nəzər salsaq, görərik ki, insanın bu dünyada olan zaman məada diqqət etməsi – zəruri mövzulardandır. Çünki məada diqqət – insana, insan kimi yaşamağa şərait və imkanlar yaradar. Onu başqa canlılardan fərqləndirər və daha ali hədəflərə doğru irəliləməsi üçün amillər yaradar.

 

Bu həqiqəti İmam Əlinin (ə) oğlu İmam Həsənə (ə) verdiyi nəsihətdən daha aydın anlamaq olar. Belə ki, Əmirəl-möminin (ə) əziz oğluna belə buyurur: “Oğlum! Mən səni dünyadan və onda baş verən dəyişikliklərdən, məhv olmasından agah etmişəm. Həmçinin axirətdən və insanlar üçün orada hazır olunanlardan məlumat vermişəm. Hər ikisi üçün də misallar çəkmişəm ki, bu yolla nəsihət eşitməyi öyrənəsən.

 

Dünyanı imtahana çəkən insanın məsəli ona bənzəyir ki, müsafirdir və otsuz, susuz və çətin bir diyarda həyat sürür. Ancaq niyyəti elə bir mənzilə köçməkdir ki, orada rahatlıq və rifah hazırdır. Ona görə də yolun çətinliyinə dözür, dostlarından uzaq olmağın, yeməyin xoşagəlməz olmasını canı və qəlbi ilə qəbul edir ki, daha geniş və əmin mənzilə qədəm basa bilsin. Onların səfər boyu çəkdikləri çətinlikdən narahatlıqları yoxdur. Heç bir şey onlar üçün sevimli deyildir, məgər ondan başqa ki, əmin və rahat mənzilə çatsınlar”. (Tebyan)

 

Bu nurani nəsihətdən belə başa düşülür ki, məadı həmişə yadda saxlayan insan, özünü müsafir kimi görər. Ona görə də bu dünyanın çətinlikləri və bəlaları onun üçün asan olar. Çünki bilər ki, nəhayətdə onu daha rahat və əmin bir yer gözləyir. Orada istədiyi hüzuru tapacaqdır. Bu səbəbdən də dünyanın çətinliklərinə səbir etmək və dözmək – onun üçün asan olur və hədəfi isə axirətdə rifaha çatmaqdır./Deyerler.

Bənzər Olanlar