Paylaş
Facebook Twitter Google+

Qurani Kərimin Bərzəx aləminin olması haqda baxışı....

Biz inanırıq; bu dünya və Axirət dünyasından əlavə, üçüncü bir dünya vardır ki, "Bərzəx” adlanır. İnsanlar öldükdən sonra, onların ruhları məzh Bərzəxdə yerləşdirilir. Və qimət gününə qədər orada qalırlar. Qurani-kərim bu barədə buyurur: "Onların arxasında (ölümdən sonra) Qiyamət gününədək Bərzəx vardır!” (Muminun, 100)
Əlbəttə, biz Bərzəx aləmi barəsində (onun necə bir aləm olduğuna) dəqiq məlumata malik deyilik. Amma bilirik ki, yaxşıların və mömin insanların ruhu (şəhidlər kimi) Bərzəx aləmində müxtəlif nemətlərə qərq olmuşdur! Ali-İmran surəsi, 169-cu ayədə oxuyuruq; "Allah yolunda öldürülənləri (şəhidləri) əsla ölü sanma, onlar diridirlər. Və Rəblərinin yanında onlara ruzi (nemətlər) verirlər!”

Həmçinin zalım, tağut və günahkar insanlar və onları müdafiə edənlərin ruhları Bərzəx aləmində əzabdadırlar. Qurani-kərim buyurur: "Onların əzabı (Bərzəxdə cəhənnəm) odudur! Hər sübh və şam vaxtı onunla cəzalanarlar. Qiyamət günü gəlib çatdıqda isə (buyurular): "Ali-Fironu ən şiddətli əzabla cəzalandırın!” (Ğafir, 46)
Amma günahları az olan insanlar isə, yuxarıda söylədiyimiz qrupların heç birisinə daxil deyildir. Bu insanlar cəzalandırılmayaraq, Bərzəx aləmində yuxu halətində oxşar bir halda olacaqlar. Qiyamət günü gəldikdə isə ayağa qaldırılacaqlar.

Qurani-kərimdə buyurulur: "Qiyamət qopan gün, günahkarlar and içərlər ki, bir saatdan artıq Bərzəxdə yatmayıblar... Bilik və iman sahibləri isə deyərlər; "Siz Allahın kitabında olduğu kimi, Qiyamət gününədək Bərzəxdə yatmışsınız. İndi isə Qiyamət günüdür və siz bilmirdiniz!” (Rum, 55-56)
İslami rəvayətlərdən birində Həzrət Məhəmməd (s.ə) buyurur: "Qəbr, ya behişt bağlarından biri, ya da, cəhənnəm quyularından biridir (əmələ bağlı olaraq).”

Kitabın adı: Bizim dini əqidəmiz --Müəllif: Ayətullah Məkarim Şirazi\\ehliwie-samux.

Ölümdən sonra həyat varmı? İslam və elm bu barədə nə deyir?

Bənzər Olanlar