Paylaş
Facebook Twitter Google+

Bu 3 əməl insanın bərzəxini gözəl edər!!

Ramal Əmiraslanov

2020-02-25 11:12:34 1124 Üsuliddin Məad

Bir gün Həzrət Peyğəmbər (s) sübh namazını səhabələri ilə birlikdə qılır və sonra mübarək üzünü onlara çevirib buyurur: “Mən dünən gecə əmim Həmzəni və Cəfəri yuxuda görmüşəm. Onlar üzüm və xurma yeməklə məşğul idilər. Onlara yaxın getdim və soruşdum: “Siz orada hansı əməli daha üstün əməl kimi görürsünüz?”.

Deyirlər: “Ata və anamız sizə fəda olsun, burada ən yaxşı əməl 3 şeydir:

1. Sizə salavat göndərmək.
2. Susuza su vermək.
3. Əli ibn Əbutalibin (ə) məhəbbəti””.

Salavat – o saleh əməllərdəndir ki, Məsumlarımız (ə) bizə daima tövsiyə etmiş və onun faydalarından danışmışdılar. Salavat insanın ruzisini artırar, insanı Həzrət Peyğəmbərə (s) və Allaha yaxınlaşdırar, bir çox bəlaların dəf olmasına səbəb olar.

Salavat o xeyir dualardandır ki, tez qəbul olar və Allah və mələklər da cavabını verər. Onlar da salavat verən insana salavat göndərər və onun üçün bağışlanma istəyərlər.

“Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56).
 

Susuzu sirab etmək – ən böyük xeyir əməllərdən hesab olunur. Hədislərdə oxuyuruq ki, hər kim susuza su verərsə, Allah Qiyamət günü onu susuz qoymaz.

İmam Əlinin (ə) vilayətini qəbul etmək və ona məhəbbət göstərmək – Əhli-Beyt (ə) davamçısı olmağın nişanələrindəndir. Hər kim İmam Əlinin (ə) və ondan sonrakı İmamların (ə) vilayətini qəbul edərsə, onların buyurduqlarına əməl edib, qadağalarından çəkinərsə - onların həqiqi ardıcılı olar.

Hər kim Əhli-Beyt (ə) davamçısı olar, Allah onun həm dünyasını və həm də axirətini xeyirli edər və onu Siratül-müstəqim yolunda qərar verər. Yolunu azmasına imkan verməz və birbaşa behiştə daxil olması üçün zəminələr hazır edər. (Həvzəh)

Bu üç əməli yerinə yetirək və bərzəx aləmindəki yerimizi behişt edək. İnşəallah!/Deyerler.

Bənzər Olanlar