Paylaş
Facebook Twitter Google+

İNSAN ÖLDÜKDƏN SONRA YALNIZ HANSI ÜÇ XARAKTERI ONU MÜŞAYIƏT EDIR?!

Ramal Əmiraslanov

2018-11-13 10:19:14 1618 Üsuliddin Məad

Ən kiçik yaxşı və pis əməllərin görünməsi -- Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır! 

بسم الله الرحمن الرحيم. إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا وَقَالَ الْإِنسَانُ مَا لَهَا يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتاً لِّيُرَوْا أَعْمَالَهُمْ فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْراً يَرَهُ وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرّاً يَرَهُ

\"Yer titrəyib lərzəyə gələcəyi zaman; Yer öz yükünü bayıra atacağı və insan: “Ona nə olub?” – deyəcəyi zaman – həmin gün yer öz əhvalatlarını danışacaqdır. Çünki Rəbbin ona vəhy edəcəkdir. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır.\" (Zilzal surəsi).

İzah: Mübarək “Zilzal” surəsi Qiyamət və əməllərin dəqiq haqq-hesabı haqqında təsirli ayələri ehtiva edir. Son iki ayə də əməllərin təcəssüm və təzahüründən xəbər verir.

Hədis: İslam peyğəmbəri (s): “İnsan öldükdən sonra yalnız üç xarakteri onu müşayiət edir: Qalıcı sədəqə, gözəl ənənə və onun üçün dua edən əməlisaleh övlad.” (Kafi, c. 7, səh. 56, hədis: 3).


 

Bənzər Olanlar