Paylaş
Facebook Twitter Google+

Peyğəmbər (s.ə.v.s) meracda ümmətinin kişilərini necə halda gördü ?

Peyğəmbərimiz (s.ə.v.s) ümmətindən bir neçə dəstəni də görmüşdür. Qarınlarının böyüklüyündən ayağa qalxa bilməyən kişilər görmüşdür ki, onlar faiz yeyənlərdir.

Bir dəstə insan gördü ki, yanındaki ləziz yeməkləri qoyub üfunətli yeməklər yeyirdilər. Onlar halal mümkün oldüğü halda haram yeyənlərdir.

Bir dəstə şəxsin yerə uzanıb daşla başlarını əzdiklərini gördüm, bunlar xiftən namazını qılmayanlardır.

 

Bir dəstənin boğazından atəş gırıb,arxasından çıxanları gördüm. Onlar yetim malı yeyənlərdir.

Bir dəstə də məmurlar gördü ki, ətlərindən kəsib ağızlarına qoyduqda atəşə çevrilir. Onlar qeybət edənlərdir.

Sonra Peyğəmbərimiz buyurur: "Yalnız təqva libası olanlar, təmiz geyinənlərin behiştə daxil olduqlarını gördüm." Kitabın adı: Merac (nəcm surəsinin təfsiri) - Müəllif: Seyyid Əbdülhüseyn Destğeyib

 

Bənzər Olanlar